...

Qubada karantin rejimini pozan şəxs aşkarlanıb (VİDEO)

Cəmiyyət Materials 4 Aprel 2020 18:54 (UTC +04:00)
Qubada karantin rejimini pozan şəxs aşkarlanıb
Qubada karantin rejimini pozan şəxs aşkarlanıb (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Qubada karantin rejimini pozan şəxs aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir. Şöbə əməkdaşları inzibati ərazilərdə xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi İlkin Mirzəyev barəsində isə qanuna müvafiq qaydada tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti