...

Bakıda karantin qaydalarını pozan kafe aşkar edilib, 6 nəfər cəzalanıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 13 Aprel 2020 14:38 (UTC +04:00)
Bakıda karantin qaydalarını pozan kafe aşkar edilib, 6 nəfər cəzalanıb (FOTO/VİDEO)

Bakı. Trend:

Binəqədi rayonu A.Gəraybəyli küçəsində yerləşən “Kəndimiz” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı kafedə karantin qaydalarını pozan 6 nəfər saxlanılaraq 5-ci Polis Bölməsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan şəxslər barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.

Obyektin sahibinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti