...

Azərbaycanda daha 30 nəfərdə koronavirus aşkarlandı, 41 nəfər sağaldı - Operativ Qərargah

Cəmiyyət Materials 23 Aprel 2020 16:09 (UTC +04:00)
Azərbaycanda daha 30 nəfərdə koronavirus aşkarlandı, 41 nəfər sağaldı - Operativ Qərargah

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanda daha 30 nəfərdə koronavirus aşkarlanıb, 41 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə məlumat verilib.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 1548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 948 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti