...

Qusarda ağac kəsimi ilə bağlı şikayət yerində araşdırılıb

Cəmiyyət Materials 21 May 2020 21:00 (UTC +04:00)
Qusarda ağac kəsimi ilə bağlı şikayət yerində araşdırılıb

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qusar rayonu Qalacıq kəndində meşəlik ərazidə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.

Trend-in məlumatına görə, bunu Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

O qeyd edib ki, sözügedən əraziyə keçirilən baxış zamanı ərazinin meşə fondu torpağı deyil, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu məlum olub: "Təqsirkarın müəyyən olunması və barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Qusar rayon Polis İdarəsinə müraciət olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti