...

İsmayıllının daha bir kəndi qazlaşdırılır (FOTO)

Cəmiyyət Materials 6 İyun 2020 20:58 (UTC +04:00)
İsmayıllının daha bir kəndi qazlaşdırılır (FOTO)

Bakı. Trend:

İsmayıllı rayonunun Bizlan kəndinə ilk dəfə qaz xətti çəkilir. Ümumən 105 abonent mexaniki sayğacla təmin olunacaq. Xətlərin mətbəxlərə ödənişsiz çatdırılması nəzərdə tutulur.

Trend-ə Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, layihədə 9300 metrlik xətt əks olunur. Hazırda 108 və 76 millimetrlik daşıyıcı, 57 millimetrlik paylayıcı borular qaynaq olunur, dirəklər betonlanır.

İşlər “Azəriqaz” İstehsalat Birliyi nəzdində "Azqaz İnşaat Servis" QSC tərəfindən icra olunur. “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun şəkildə həyata keçrilir. Proqram çərçivəsində Zeyvə, Soltankənd və Qalagah kəndləri də qazla təmin olunub. Bu ilin sonuna qədər Keyvəndi, Şəbiyan, Mücühəftəran, Ruşan və Enişdibi kəndlərinə də qaz kəmərlərinin çəkilişi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti