...

Koronavirusa qarşı mübarizə - Qonşu ölkələrdə vəziyyət necədir?

Cəmiyyət Materials 13 İyun 2020 09:56 (UTC +04:00)
Gürcüstanda yeni növ koronavirusa daha 8 yoluxma halı qeydə alınıb. bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərşivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da ölkədə qonşu ölkədə
Koronavirusa qarşı mübarizə - Qonşu ölkələrdə vəziyyət necədir?

Bakı. Ceyhun Ələkbərov - Trend:

Hazırda Azərbaycan da daxil olmaqla bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparmaqdadır. Bir çox ölkələr virusa qarşı vaksin hazırlamağa cəhdlər göstərsə də, hələlik müsbət nəticə əldə edilməyib.

Baxmayaraq ki, son günlər ölkəmizdə yoluxma halı çoxalıb, lakin Azərbaycanın vaxtında atdığı qabaqlayıcı adddımlar bu virusun geniş yayılmasının qarşısını alıb.

Trend-in məlumatına görə, Azərbaycanın pandemiyaya mübarizədəki təcrübəsi qonşu dövlətlərdə də istifadə edilir.

Statistik məlumatlara görə, qonşu ölkələr arasında ən çox yoluxma Rusiyadadır. Bu ölkədə son sutka ərzində 8 987 nəfər virusa yoluxub, 183 nəfər isə həyatını itirib. Bu günə qədər Rusiyada 511 423 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 6 715 nəfərə çatıb. Ölkə ərazisində ümumilikdə 269 370 nəfər virusdan sağalıb, 235 338 nəfərin müalicəsi isə davam edir.

İranda isə ötən sutka әrzindә daha 75 nәfәr koronavirusdan (COVID-19) ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. S.Sadat Larinin sözlərinə görə, belәliklә İranda bu virusdan ölәnlәrin sayı 8 659 nәfәrә çatıb. Sadat Lari әlavә edib ki, ötәn 24 saat әrzindә daha 2 369 nәfәr koronavirusa yoluxub.

Bununla da İranda bu virusa yoluxanların sayı 182 545 nәfәrә yüksәlib. Onlardan 2 739 nәfәrin vәziyyәti ağırdır. Nazirlik rәsmisi indiyәdәk 144 649 nәfәrin koronavirusdan sağaldığını deyib. Sadat Lari deyib ki, Hörmüzqan, Kürdüstan, Şәrqi Azәrbaycan, Lorestan vә Xuzistan vilayәtlәrindә vәziyyәt tәhlükәlidir.

Qeyd edək ki, İran yaxın 1 ay ərzində turistləri qəbul etməyə hazır olacaq. Bunu İranın mədəni irs, əl işləri və turizm nazirinin müavini Vəli Teymuri öz "İnstagram" səhifəsində yazıb. V.Teymurinin sözlərinə görə, bununla əlaqədar İranın digər ölkələrdəki nümayəndəlikləri və mədəniyyət attaşeləri ilə turistlərin İrana yenidən axını üçün danışıqlar aparılır.

Türkiyədə son 24 saat ərzində daha 17 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib. Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 763 nəfərə çatıb. Onun sözlərinə görə, ölkədə 987 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 174 023 nəfərə çatıb. Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 021 nəfər olmaqla 147 860 nəfər təşkil edir. Son sutka ərzində koronavirusla bağlı 49 190 test aparılıb.

Bildirək ki, Türkiyə ötən gün ilk dəfə rəsmi olaraq “COVID-19”a qarşı sintez dərmanın hazır olduğunu bəyan edib. Yerli sintez dərman lisenziya verildikdən sonra “COVID-19” xəstələrinin müalicəsində istifadə ediləcək. Dərmanın ixrac olunması da planlaşdırılır.

Ermənistanda koronavirusa yoluxanların sayı 16 004 nəfərə çatıb. Son sutka ərzində 723 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 6 nəfərin ölümü qeydə alınıb. Bu günədək Ermənistanda 264 nəfər koronavirusdan ölüb, 9 659 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Gürcüstanda koronavirusa yoluxanların sayı 851 nəfərə çatıb. Koronavirus səbəbi ilə hazırda 3026 nəfər karantində saxlanılır, 297 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 702 nəfər sağalıb, 13 nəfər isə dünyasını dəyişib.

Əlavə edək ki, Gürcüstan koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin yumşaldılmasının növbəti mərhələsindədir. İyunun 8-dən etibarən ölkədə restoran və kafelərin, hotellərin və valyutadəyişmə məntəqələrinin işi bərpa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti