Pir Ömər Sultan ziyarətgahında tədqiqatlar başa çatıb (FOTO)

Pir Ömər Sultan ziyarətgahında tədqiqatlar başa çatıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun professor Qafar Cəbiyevin rəhbərlik etdiyi arxeoloji ekspedisiya Şamaxı rayonunun Avaxıl kəndi ərazisindəki Ömər Sultan ziyarətgahında tədqiqatları başa vurub.

Miras İctimai Birliyindən Trend-ə verilən məlumata görə, arxeoloji tədqiqatlar Heydər Əliyev Fondunun dəstəyi və xüsusi layihəsi əsasında aparılıb. Tədqiqatlar nəticəsində Azərbaycan sufiliyinin önəmli qolu olan xəlvətilik sufi məktəbinin banisi Pir Ömər Avaxıli Şirvaninin türbəsi aşkar edilərək öyrənilib.

5x5 metr ölçüdə olan türbə yonulmuş çay və qaya daşları ilə hörülüb. Türbənin şimal divarlarının nisbətən yaxşı qalan hissəsində hündürlüyü 2,1 metr, qalınlığı 0,9 metr təşkil edir. Türbənin cənub tərəfi boyunca şərq-qərb istiqamətində uzanan qəbir kamerasının eni 0,9 metr, uzunluğu isə 2,1 metrdir. Qəbir kamerasının üzəri iri ölçülü qaya parçaları ilə örtülmüşdür. Qəbirdən şimal tərəfdə olan döşəmənin eni 1,9 metr, uzunluğu isə 3,2 metrdir. Döşəmənin şimal kənarı boyunca ziyarətçilərin oturub zikr etməsi üçün xüsusi kətil hörülüb. Türbənin cənub divarının mərkəzində eni 0,5 metr, salamat qalmış hissədə hündürlüyü 0,8 metr olan tağvari taxça qeydə alınıb. Taxçanın çöl tərəfində, cənub divarı qarşısında aşkar edilən, səlcuq zənciri ilə haşiyələnən mehrab təsvirli xatirə daşı da məhz Pir Ömərin məzarına aiddir.

Türbənin qərb divarı qoz ağacının çürüməkdə olan koğuşu ilə əhatələnir. Zaman-zaman ağacın kökləri türbənin qərb və şimal divarlarını sıxaraq xeyli dərəcədə dağıdıb. Tədqiqat zamanı Pir Ömərin məhz belə bir ağacın koğuşunda zikr etməsi hadisəsi ilə bağlı geniş yayılmış rəvayətlərin elmi dəyərini nəzərə alaraq ekspedisiya heyəti ağaca toxunmayıb. Bu səbədən də türbənin qərb divarı tam olaraq açılmayıb. Oradan yalnız üzü üstə düşmüş vəziyyətdə olan türbə kitabəsini götürmək mümkün olub. Kitabənin türbənin şimal-qərb küncündə, türbədaxili döşəmənin ora ilə əlaqəli olduğunu, habelə türbənin qərb çöl tərəfində daş döşənmiş səkini xatırladan döşəmənin mövcudluğu qapı yerinin məhz orada olduğunu göstərir.

Tədqiqat zamanı türbə içərisi və ətrafından xəlvətilik sufi məktəbinə, onun banisi Pir Ömərə aid elmi cəhətdən çöx mühüm əhəmiyyət kəsb edən artefaktlar üzə çıxıb. Həmin tapıntılar içərisində bilavasitə Pir Ömərə aid qəbir və türbə kitabəsi xüsusilə maraqlıdır. Türbə kitabəsindən bəlli olur ki, Pir Ömər 1409-cu ilin iyul ayında vəfat etmişdir. Kitabədə Pir Ömərin xəlvətilik sufi məktəbinin banisi və təriqət sahiblərinin əzizi olduğu qeyd olunub. Kitabədə həmçinin Pir Ömərə “şeyx”, “zahid”, “abid” kimi epitetlərlə xitab olunub. Maraqlıdır ki, sadə süls xətti ilə yazılmış ərəbdilli kitabədə Azərbaycan türkcəsində olan ifadələr də yer alıb.

Türbənin ətrafından daha bir neçə kitabə aşkar edilmişdir. Həmin kitabələrdən biri Sultan Bayəzidin nəslindən olan Şeyx Cəlilə, digəri Şeyx Cəlilin oğlu Allahvermişə aiddir. Tarixi mənbələrdən məlum olduğu kimi, Sultan Bayəzid Pir Ömərin xəlifələrindən biri olan Bayəzid Piranidir. Onun nəslindən olan Şeyx Cəlil isə XVIII əsrin sonu - XIX əsrin əvvəllərində yaşamış xəlvətilik sufi məktəbinin davamçılarındandır. Bu isə XIV əsrin ortalarında təşəkkül tapan Avaxıl xəlvətilik sufi xanəgahının XIX əsrin əvvəlinədək davamlı fəaliyyət göstərdiyini sübut edir.

Qazıntı prosesində ərazidə bir-birinin yaxınlığında olan çoxsaylı müsəlman qəbirləri də aşkar edilmişdir. Qəbirlərdən birinin kitabəsində Qurani-Kərimin "Ğafir" surəsinin 16-cı ayəsi həkk olunmuşdur: “Bu gün hakimiyyət kimindir? Vahid və Qəhhar olan Allahın”.

Arxeoloji tədqiqatlar zamanı türbənin içərisindən və ətrafından xəlvətilik sufi təliminin icrası ilə bağlı rituallara aid olduğu düşünülən digər artefaktlar da aşkar edilib. Daş qablar, keramika və sikkə nümunələri buna misal ola bilər.

Məlum olduğu kimi, ilkin olaraq Avaxılda təşəkkül tapan, Şirvanda və bütün Azərbaycanda formalaşma mərhələsi keçən xəlvətilik sufi təlimi daha sonra Avropa, Asiya və Afrikanın hüdudları daxilində də geniş yayılmışdır. Orta əsr Azərbaycan multikultural dəyərlərinin bariz nümunəsi olaraq təşəkkül və formalaşma dönəmində Şirvanşahlar dövləti tərəfindən dəstək alan xəlvətilik sufi məktəbini daha sonra Teymuri, Qaraqoyunlu, Ağqoyunlu, Osmanlı, Misir Məmlükləri kimi dövrün böyük dövlətləri də himayə ediblər. Göründüyü kimi, xəlvətilik sufi təlimi müasir dünyamızın geniş bir coğrafi arealını əhatə edir və onun çoxminli tərəfdarları bu gün də qalmaqdadır.

Minnətdarlıq hissi ilə bildiririk ki, may ayının 25-də ölkə prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Şamaxı rayonuna səfərləri çərçivəsində Pir Ömər Sultan ziyarətgahında olub, orada aparılan arxeoloji tədqiqatlarla maraqlanıblar. Cənab Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan tədqiqatların davam etdirilməsi və abidənin konservasiya olunması ilə bağlı aidiyyəti qurumlara tapşırıq və tövsiyyələrini verib. İnanırıq ki, Pir Ömər türbəsinin aşkar olunması, konservasiya edilməsi, mövcud arxeoloji qalıqlar üzərində xatirə abidəsinin ucaldılması və ətrafının abadlaşdırılması Türk və İslam dünyasının Azərbaycana olan marağını daha da artıracaq.

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 542 mindən çox artıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 542 mindən çox artıb
Kanadada 4,8 bal gücüdə zəlzələ olub
Kanadada 4,8 bal gücüdə zəlzələ olub
Paşinyanın istefasını tələb edən siyasətçi aclıq aksiyasına başlayıb
Paşinyanın istefasını tələb edən siyasətçi aclıq aksiyasına başlayıb
Loading Bars
Xəbər lenti
Mətbuat Şurası “WarGonzo” layihəsinin müəllifi ilə bağlı Rusiyanın media ictimaiyyətinə müraciət edib
Fransız deputat: “Bu cür qətnamələr erməni icmasını xoşhal etməkdən o tərəfə keçməyəcək”
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 542 mindən çox artıb
Teymur Rəcəbov "Skilling Open" turnirində Levon Aronyana qalib gəlib
Kanadada 4,8 bal gücüdə zəlzələ olub
Bakıda yük avtomobili yanıb
Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırdı (FOTO)
Lavrov İordaniyanın XİN rəhbəri ilə Dağlıq Qarabağı müzakirə edib
Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
“Neonatologiyada yeniliklər-2020” beynəlxalq konqresi keçirilib (FOTO)
Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyir?
Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb
Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar (FOTO/VİDEO)
Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb
Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb (FOTO/VİDEO)
Füzuli şəhərinin yenidən qurulmasının, canlandırılmasının vaxtı gəlib çatıb - Əlcəzair səfiri (FOTO)
Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib
Seyran Ohanyana qarşı daha bir maddə ilə ittiham irəli sürülüb
Rusiyalı zabit Qarabağda mina partlaması nəticəsində yaralanıb
Paşinyanın istefasını tələb edən siyasətçi aclıq aksiyasına başlayıb
İctimai iaşə müəssisələrində karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun (VİDEO)
İşğaldan azad olunan ərazilərdə aparılan ilkin monitorinqin nəticələri UNESCO və ISESCO-ya təqdim olunub
İnformasiya əldə etmək hüququnun təmin edilməsi istiqamətində Ombudsmanın fəaliyyəti inkişaf etdirilib
Prezidentə yazırlar: Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Ağdamdan görüntülər paylaşılıb (VİDEO)
Paytaxtın küçə və prospektlərində sıxlıq müşahidə edilir - BNA (FOTO)
Abşeronda COVID-19 infeksiyası ilə bağlı genişmiqyaslı reydlər bu gün də davam etdirilib (FOTO)
Fransada Nikolya Sarkozinin məhkəmə prosesi başlayıb
“Virtual təhsilə dəstək” layihəsinə start verilib
Azərbaycanda benzin istehsalı artıb
İran Qız Qalası su anbarından istifadəyə hazırlaşır
Noyabrın 24-də manatın dollara qarşı məzənnəsi
Bizə güclü ordu barədə nağıl danışırdılar - Erməni biznesmen (VİDEO)
Azərbaycan əhalisinin gəlirləri açıqlanıb
Dillər Universiteti Fransa səfirliyi ilə birgə keçirəcəyi konfransı təxirə salıb
Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri (MÜSAHİBƏ)
Müharibə bitsə də, Ermənistan hərbçiləri acınacaqlı vəziyyətdədir (VİDEO)
"Azəriqaz" Vətən müharibəsində şəhid olan və yaralanan hərbçilərin qaz borcuna güzəşt edəcək
"Zəfər tariximiz" onlayn respublika intellektual yarışmasına start verilib
“Azərbaycan Sənaye Korporasiyası” ASC və “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti arasında müqavilə imzalanıb
Mərkəzi Elmi Kitabxanaya yeni direktor təyin edildi
“Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib
Azərbaycanda 2187 nəfər COVID-19-a yoluxdu, 634 nəfər sağaldı, 29 nəfər vəfat etdi
Seyran Ohanyanla bağlı cinayət işi Hərbi Prokurorluqda istintaq edilir
Unibank hər kəs üçün 0% komissiyalı onlayn kredit kampaniyası keçirir
Vergi Məcəlləsində dəyişiklik edilib
Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərini dürüst və qərəzsiz olmağa çağırıb
AQTA sahibkarlara və istehlakçılara müraciət etdi
İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı (ÖZƏL)
Azərbaycanlı alimlər dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilib
Yağıntılı hava pambıq yığımına ciddi təsir etməyib - Nazirlik
Səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına dəyişiklik edilib
KOBİA-nın səlahiyyəti artırılıb
Yaşayış yerini tərk edən “COVİD-19” xəstəsi barədə araşdırma aparılır
Rusiya və Ukrayna vətəndaşları Azərbaycandan vətənlərinə qayıda biləcəklər
Avropa Şurasının Baş katibi atəşkəs razılaşmasını alqışladığını bəyan edib
Əmlakın siyahıya alınması qaydasında dəyişiklik edilib
Ötən həftə "Virtual məktəb" vasitəsilə 6 milyona yaxın dərs keçirilib
Paşinyan, niyə torpaqları dərhal qaytarmadın? - Erməni etirazçı
Ermənistan Müdafiə nazirinin müavini vəzifəsindən azad edildi
İranda koronavirusdan ölənlərin sayı 45 mini keçib
Şəhid ailələri və müharibə əlillərinə ev verilib
İlahiyyat İnstitutunda Birdəfəlik dissertasiya şurası yaradılıb
Paşinyan mühafizəçilərinin sayını 4 dəfə artırıb, görüşlərə gizlin gedir: bundan o tərəfi varmı? - Şərh
Mingəçevir Dövlət Universiteti və Almaniyanın Siegen Universiteti arasında birgə layihənin icrasına start verilib (FOTO)
Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
Ermənistanda itkin düşən əsgərlərin yaxınları etiraz edir (VİDEO)
“Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında əsasnamədə dəyişiklik edilib
Türkiyəyə səfər edən azərbaycanlıların sayı azalıb
Azərbaycan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib
8 kiloqrama yaxın heroin ələ keçirildi (FOTO/VİDEO)
Biz Qarabağı cənnətə çevirəcəyik - Azərbaycanın xalq artisti
Fars körfəzi dəmiryolu ilə Xəzərə birləşəcək
Qubada karantini pozan çayxana aşkar edilib (FOTO)
Ermənistandan tələb ediləcək kompensasiyanın məbləği kifayət qədər böyük olacaq - Deputat
Sabah hava yağmursuz keçəcək
Macarıstanda təhsil almaq istəyənlər üçün sənəd qəbuluna başlanıldı
Azad olunmuş ərazilərdə 2000-dək ağac əkilib, növbəti aksiya Qubadlı və Cəbrayılda keçiriləcək - Nazir müavini (ÖZƏL)
Çəltikçilikdə orta məhsuldarlıq göstəriciləri yüksəlib
İşğaldan azad olunmuş ərazilərin post-konflikt dövründə bərpa prosesi
Müəllim, şagird, valideynlər üçün onlayn “Psixoloq saatı" fəaliyyətə başlayıb
Bir çox əcnəbi məhkum karantinə əməl edilməklə ölkəsinə təhvil verilib
Ədliyyə strukturlarında koronavirusla bağlı preventiv işlər gücləndirilib - Nazir
Paytaxtda mövsümi ağacəkmələr aparılır (FOTO)
Qarabağ regional ədliyyə idarəsi təsis olunub - Fikrət Məmmədov
Beynəlxalq təşkilatlar ermənilərin əsirlərə qarşı vəhşiliklərinə susurlar - Deputat
Yuxularımda Ağdamı o qədər görmüşəm ki - Nəzakət Teymurova
Dövlət Yanğın Nəzarəti Xidməti azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb
Goranboyda polisə müqavimət göstərən şəxs saxlanıldı
Azad olunan ərazilərimizdəki dəhşətli mənzərə erməni vəhşiliyinin daha bir bariz nümunəsidir - Deputat
“AzerGold” istiqrazlarının ikinci tranşı üzrə hərrac keçiriləcək
Dövlətçilik tariximizin ən şərəfli səhifələri yazılır - Pərvin Kərimzadə
Netanyahu Səudiyyə Ərəbistanına gizli səfər edib
Azərbaycanda sahibkarlar banan yetişdirməyə başlayıb
Rusiyada koronavirusa yoluxma rekordu qeydə alındı
Kəlbəcər bizi gözləyir (FOTO)
“Ziraat Bank Azərbaycan”dan yeni “Səmərəli Əmanət”!
Ağdam erməni vandalizmindən əvvəl və sonra (FOTO)
Bütün xəbərlər