...

Mingəçevir Dövlət Universitetində imtahan sessiyasının ikinci həftəsi başlayıb (VİDEO)

Cəmiyyət Materials 17 İyun 2020 10:23 (UTC +04:00)
Mingəçevir Dövlət Universitetində imtahan sessiyasının ikinci həftəsi başlayıb (VİDEO)

Bakı. Trend:

Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin online formatda keçirilən imtahan sessiyasının ikinci həftəsinə start verilib.

Universitetdən Trend-ə verilən məlumata görə, “Microsoft Teams” platforması üzərindən şifahi formada təşkil olunan ikinci imtahan həftəsinin ilk günündə ümumilikdə 41 qrup üzrə 683 tələbənin iştirakı nəzərdə tutulub.

Akademik heyətin və tələbələrin yüksək aktivliyi şəraitində keçən imtahanlarda iştirak edən bütün tələbələr yalnız müvəffəq qiymətlər alıblar.

Pandemiya dövrünün reallıqları nəzərə alınmaqla, imtahanlarda iştirak edən tələbələrə MDU tərəfindən müvafiq güzəştlər tətbiq edilir. Həm əyani, həm də qiyabi formada təhsil alan tələbələr, eləcə də magistrantlar yaradılan şəraitdən və imtahanların təşkilindən razı qaldıqlarını bildirirlər.

MDU-da qiyabi formada təhsil alan Güllər Rəhimova məsafədən təhsilin yaratdığı imkanlar və şifahi formada keçirilən online imtahanlar barədə təəssüratlarını bölüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti