...

Yunanıstanda oxumaq istəyənlər üçün İMKAN

Cəmiyyət Materials 17 İyun 2020 13:19 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Yunanıstanın Afina Universiteti 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, proqram çərçivəsində “Qədim Yunanıstan arxeologiyası, tarixi və ədəbiyyatı” üzrə bakalavriat səviyyəsi üzrə təqaüdlü təhsil almaq istəyənlər üçün son müraciət tarixi iyunun 30-dur.

Proqramda iştirak üçün yaş həddi 27, təhsil müddəti 4 ildir.

Təqaüd proqramı üçün ümumilikdə ayrılan kvota yerlərinin sayı 6-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti