...

Sərt karantin rejimində 2 yerdə işləyən şəxslər nə etməlidir? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 20 İyun 2020 12:17 (UTC +04:00)
Əgər bir nəfər 2 yerdə çalışırsa xüsusi karantin rejimində ona hər iki təşkilat icazə almalıdır. Trend-in məlumatına
Sərt karantin rejimində 2 yerdə işləyən şəxslər nə etməlidir? - RƏSMİ AÇIQLAMA

Bakı. Elçin Mehdiyev - Trend:

Əgər bir nəfər 2 yerdə çalışırsa, xüsusi karantin rejimində ona hər iki təşkilat icazə almalıdır.

Trend-in məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərərgahın bu gün keçirilən brifinqində deyib.

Ü.Mehdiyev bildirib ki, ola bilər ki, şəxsin 2-ci iş yeri gecə növbəsidir, amma birinci iş yerindən aldığı icazə gecə növbəsinə aid deyil: “Polis də gecə vaxtı həmin şəxsi saxlayarsa, görəcək ki, icazə aldığı iş yeri gecə növbəsinə aid deyil. Bu cür problemlərin ortaya çıxmaması üçün hər iki iş yerindən icazə alınmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti