Dr.Eldəniz Hüseynov: İşimizi elə qurmuşuq ki, Hospitala daxil olan və müalicə alan kovidli xəstələrə 24 saat ərzində operativ və keyfiyyətli tibbi xidmət göstərək

Dr.Eldəniz Hüseynov: İşimizi elə qurmuşuq ki, Hospitala daxil olan və müalicə alan kovidli xəstələrə 24 saat ərzində operativ və keyfiyyətli tibbi xidmət göstərək

Bakı. Trend:

Bu gün Mərkəzi Gömrük Hospitalı ən ağır koronavirus xəstələrini qəbul edir. Hospitala daxil olan hər bir koronavirus xəstəsi isə Radiologiya şöbəsinin həkimləri tərəfindən müayinə olunur. Xəstələrin rentgen və kompüter tomoqrafiyasını həyata keçirməklə bu şöbə COVİD-19 xəstələrinə dəqiq diaqnozun qoyulmasında və buna uyğun müalicə almasında əvəzolunmaz rol oynayır.

Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi - uzman radioloq Dr.Eldəniz Hüseynov və onun rəhbərliyi altında çalışan peşakar komanda koronaviruslu xəstələrin ilkin diaqnostikasında və sonrakı müalicəsinin müxtəlif dövrlərində radioloji müayinələr aparırlar. Kompüter tomoqrafiyası vasitəsilə COVİD-19 xəstələrinə diaqnoz qoyulur və eyni zamanda xəstəliyin ağciyər toxumasının zədələməsinin həcmi təyin edilir. Bu isə öz növbəsində həkimlərə xəstəliyin ağırlıq dərəcəsini təyin etmək imkanı verir.

Rentgen müayinəsi isə əsasən Reanimasiya şöbəsində ağır vəziyyətdə, süni tənəffüs aparatında və eləcə də ECMO cihazında olan xəstələrin ağciyərlərində olan dəyişiklikləri dinamik olaraq təqib etməkdə müstəsna əhəmiyət kəsb edir. Belə ağır xəstələrdə gündəlik və ya mütəmadi çəkilən rentgen filmləri hər dəfə tibb işçilərinə xəstəliyin sağalması və ya ağırlaşması ilə əlaqədar zəruri məlumatlar verir. Eləcə də xəstələri ECMO cihazına qoşma və ya ondan ayırma klinik və laborator göstəricilərlə yanaşı radioloji görüntülər də vacib rol oynayır. Eyni zamanda bəzi xəstələrdə xəstəliyin gedişatına bağlı olaraq qarın boşluğu orqanları prosesə cəlb olunduğundan, ultrasəs müayinəsi də aparmaq ehtiyacı yaranır.

Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi - uzman radioloq Dr.Eldəniz Hüseynovun rəhbərliyi altında yüksəkixtisaslı həkimlər briqadası: radioloq Dr.Emin Məmmədov, rentgenoloq Dr.Nataliya Astraxanseva, həkim sonoloqlar: Dr.Günay Əhmədova və Dr.Tükəzban Abdullayeva Hospitalın şöbələrində yerləşdirilən koronavirus xəstələrinin radioloji müayinəsini həyata keçirirlər.

COVID-19 infeksiyasının diaqnostikasında döş qəfəsinin rentgenoqrafiyası və kompüter tomoqrafiyasının nəticələrinə əsaslanaraq xəstələrə düzgün və dəqiq diaqnozun qoyulması xəstəliyin gedişatına və müalicənin nəticəsinə birbaşa təsir edir. Bu məsul işdə onlara orta tibb işçiləri: böyük tibb bacısı İradə Tağıyeva, texniklər: Gülnarə Bağıyeva, Gülşən İbişova, Nuranə Nurəliyeva, Cəfər Cəfərli, Nuranə Bayramova, Zeynəb Əliyeva yardımçıdırlar. Şöbənin bütün əməkdaşları 24 saat koronavirus xəstələrinin xidmətindədir.

Şöbənin rəisi Dr.Eldəniz Hüseynov 2003-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirmiş, 2003-2004-cü illərdə Milli Onkologiya Mərkəzində internatura keçmişdir. 2010-2014-cü illərdə Türkiyənin İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsinin radiologiya kafedrasında təhsilini davam etdirmişdir. Dr.Eldəniz Hüseynov 2014-cü ildən Mərkəzi Gömrük Hospitalının radiologiya şöbəsinin rəisidir.

O, 2011-ci ildə Türk Ulusal Radioloji konfransında, 2012-ci ildə Birləşmiş Ərəb Əmirliklərində Karotis stentləmə kursunda və Türkiyədə Türk radioloji dərnəyinin aylıq simpoziumlarında, 2018-ci ildə Ankarada Türk Maqnit Rezonans dərnəyinin 23-cü illik konfransında iştirak etmişdir. Türkiyə Radioloji Dərnəyinin və Türkiyə Maqnit Rezonans dərnəyinin üzvüdür.

Dr.Eldəniz Hüseynov deyir: “COVİD-19 xəstələrində əsasən ağciyərlərinin zədələnməsinə görə, kompüter tomoqrafiyası və rentgen müayinələri əsas radioloji müayinələr olaraq ön plandadır. Rentgen və kompüter tomoqrafiyasının nəticələrinə əsaslanaraq xəstələrə dəqiq diaqnozun qoyulması müalicənin nəticəsinə birbaşa təsir edir. Buna görə də işimizi elə qurmuşuq ki, Hospitala daxil olan və müalicə alan kovidli xəstələrə 24 saat ərzində operativ və keyfiyyətli tibbi xidmət göstərək.”

Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı
Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı
Türkiyəyə səfər edən azərbaycanlıların sayı azalıb
Türkiyəyə səfər edən azərbaycanlıların sayı azalıb
Kuba Varadero turizm məkanını oktyabrda xarici müsafirlərə açacaq
Kuba Varadero turizm məkanını oktyabrda xarici müsafirlərə açacaq
Loading Bars
Xəbər lenti
Bu dərsliklərin yenidən yazılması gündəmdədir - Təhsil Nazirliyi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Fransadakı soydaşlarımız ölkə senatının üzvlərinə müraciət edib
Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə məqsədilə yeni layihənin icrasına başlanıb
Elşad Hacıyev yeni vəzifəyə təyin edildi
Hər bir insana potensial koronavirus daşıyıcısı kimi baxmalıyıq - TƏBİB
Fransa senatı demokratik dəyərlərə xəyanət edib - Türkiyə hökuməti
Sabah Bakıya yağış, rayonlara qar yağacaq
Pambıq yığımında növbəti rekord göstərici qeydə alınıb
Milli Məclis Vətən müharibəsi ilə əlaqədar yeni orden və medalları təsdiqlədi
"Vətən Müharibəsi Qəhrəmanı" adı təsis edildi - Əsasnamə təsdiqləndi
"Buta Airways" İzmir istiqamətində uçuşların sayını artırır
Rusiyada gün ərzində 524 nəfər koronavirusdan öldü
Bakı-Tbilisi-Ceyhan vasitəsilə Türkiyəyə neft nəqli artıb
Milli Məclis Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə çağırış edib
Poltavadakı diaspor fəalları Qələbədən qürurlandıqlarını bildiriblər (FOTO)
Etirazçılar Fransa səfirliyi qarşısında bəyanat səsləndirib (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri uşaq evlərinə başçəkmələr həyata keçirib (FOTO)
Fransa senatının bir çox üzvlərinin müharibənin başa çatmasından xəbəri belə yoxdur (VİDEO)
Fransa bu cür qərəzli münasibətlə Minsk Qrupunda fəaliyyət göstərə bilməz - Deputat
Fransanın mövqeyi dəyişməyib, qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımırıq - Səfir (ÖZƏL)
Milli Məclis Fransa Senatının qətnaməsinə etiraz bəyanatı qəbul edib
Azərbaycan nefti bahalaşıb
Fransa bu qətnamə ilə çirkin məqsədlərini həyata keçirməyə cəhd edir - Deputat
Türkiyə XİN Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yayıb
Qarabağ və ətraf rayonların elektrik enerjisi ilə təchizatı yaxşılaşır
Torpaqlarımızın işğaldan azad edilməsində iştirak edə bilməsəm də, bərpasında iştirak etmək istərdim - Usta ilə söhbət
Hansısa kağız parçası ilə Azərbaycana təsir göstərmək olmaz - Vitse-spiker
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi dəfələrlə artıb
Kəlbəcərin səhiyyə statistikası açıqlanıb
Senatın qərarı aydın şəkildə Azərbaycan və Türkiyəyə qarşı düşmənçilikdir - Hulusi Kılıç
Ermənistanda koronavirusa yoluxanların sayı 130 mini keçib
Kapital Bank filiallarında “ASAN İmza” almaq mümkün oldu
Böyük Qələbənin sonsuz sevinci
Yerevanda etirazçılar parlamentin qarşısına toplaşıb
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində layihələr reallaşdırır
Karantin qaydalarını pozan idman zalından qadağan olunmuş dərman həbləri aşkarlandı
Kaspersky təqib proqramları ilə mübarizə üçün yeni alət hazırlayıb
Milli Məclis Fransa Senatında qəbul edilmiş qərarla bağlı bəyanat verəcək
Dekabrın 1-ə qədər Laçın Azərbaycana təhvil veriləcək - Sahibə Qafarova
Milli Məclisin növbəti iclası öz işinə başlayıb
Kəlbəcərin çayları və gölləri yenidən qiymətləndiriləcək
Azərbaycan tütün nümunələri Braziliya və Almaniyaya göndərilib
Şamaxıda yaşayış yerini tərk edən 4 koronavirus xəstəsi barədə cinayət işi başlanılıb (FOTO)
Azərbaycan həm öz ərazi bütövlüyünü bərpa edir, həm də bəşəriyyətin ortaq dəyərlərini məhv olmaqdan xilas edir - Könül Nurullayeva
İllərlə həsrətində olduğumuz arzular sürətlə gerçəkləşir...- Kamaləddin Qafarov
Kəlbəcəri mərkəzi büdcədən asılı olmayan azsaylı rayonlardan birinə çevirə bilərik - Ekspert
Gəncədə mobil qruplar maarifləndirmə tədbirlərini gücləndirib (FOTO)
Erməni lobbisi dəridən-qabıqdan çıxsa da, sadə həqiqəti dəyişə bilməz: Qarabağ Azərbaycandır - Baş konsul
Bakı sakini küçədə qətlə yetirildi
Mərkəzi Gömrük Hospitalı koronavirus xəstələrinə görə pasient qəbulunu dayandırdı
Milli Məclisin gündəliyinə dəyişiklik edilib (ƏLAVƏ OLUNUB)
Koronavirusa yoluxanlar ilk gündən həkimə müraciət etsinlər - Baş infeksionistdən əhaliyə müraciət
Şuşadan sonra 70-dən çox kəndin azad edilməsi ilə Ermənistan diz çökdü – Politoloq
Noyabrın 26-da xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanda sitrus bitkilərinin məhsuldarlığı artıb
Ermənilər təkcə xalqımıza qarşı deyil, dini abidələrimizə qarşı da soyqırım törədiblər
Fransa XİN: Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir
İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu necə olacaq? - RƏSMİ
Bakıda fərdi ev yanıb
Bayden cari əsrin "amerikan yüzilliyi" olmağına əmindir
Polşa "Cənub Qaz Dəhlizi"nin gələcək inkişafını dəstəkləyəcək - Səfir
Almaniyada koronavirusla bağlı məhdudiyyətlər ilin sonuna qədər uzadılır
Braziliyada "Boeing 737-8 MAX" təyyarəsinin istifadəsi bərpa edilir
Filipo Qrandi daha 2.5 il BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri təyin edildi
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 527 mindən çox artıb
Çempionlar Liqasında "Bavariya" "Zalsburqa" qalib gəldi və play-off mərhələsinə keçdi
Moskvada koronavirusdan ölənlərin sayı 8 600 nəfəri ötüb
"Mançester Siti" "Olimpiakos"u məğlub edərək 1/8 finala yüksəldi
Qətər əmiri Türkiyəyə səfər edəcək
Ankara Cənubi Qafqazda sülh və sabitlik naminə səylərini davam etdirəcək
Cəbhəboyu ərazilərdə xeyli sayda partlamamış mina və sursat aşkarlanıb
Hikmət Hacıyev: Fransa Senatının bu qətnaməsi Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil
Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsü yayılıb (FOTO/VIDEO)
Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur - Azərbaycan XİN
Əsgərin sevdiyi qızın anasına müraciəti (VİDEO)
Qələbəyə bir gün qalmış və ya İnqilabın Qəmzəsi... - Şəhidlə olmayan müsahibə (VİDEO)
İranın XİN başçısı Kəlbəcərin işğaldan azad olması münasibətilə Ceyhun Bayramovu təbrik edib
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək
“France-24” kanalı Kəlbəcərin azad edilməsi haqqında reportaj yayımlayıb (FOTO/VİDEO)
“Equinor” “Qarabağ” və “Əşrəfi-Dan ulduzu-Aypara” layihələrinin statusu barədə (FOTO)
Dieqo Maradona vəfat edib
Ucqar kəndlərdə məktəblərin azkomplektli formada fəaliyyətinə yol veriləcək
Bank Respublika “Faydalı Cümə” kampaniyasına start verir
22 obyektdə epidemiya əleyhinə rejim pozulub - İqtisadiyyat Nazirliyi
Fransanın hazırkı hakimiyyəti əsl mahiyyətini göstərməyə davam edir - Tamam Cəfərova
Azərbaycanda Türkiyənin birinci Ticarət evi açılacaq
Azərbaycan Ordusu düşməni BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icrasına məcbur etdi - Adil Əliyev
Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib
Bakıda qəza: Yolda sıxlıq var
Heç kim həqiqəti ermənilərə anlatmaq gücündə deyil - Deputat
Baş Prokurorluğun Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlığı uğurla davam etdirilir (FOTO)
Xocalı rayonunun Quşçubaba kəndi Baharlı adlandırılıb
Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli adlandırılması təsdiqləndi
Azərbaycan universitetlərinin livanlı məzunları Prezident İlham Əliyevi təbrik ediblər
Azərbaycanda 3 469 nəfər COVID-19-a yoluxub, 1 229 nəfər sağalıb, 30 nəfər vəfat edib
Azərbaycanda fəaliyyət göstərən şri-lankalı iş adamları Prezident İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycanın siyasi partiyaları Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı bəyanat yayıblar
DYP texniki baxışla bağlı sürücülərə müraciət edib
Bütün xəbərlər