...

“Miqrasiya Könüllüsü” İctimai Birliyinin yeni sədri və idarə heyəti seçilib (FOTO)

Cəmiyyət Materials 20 Avqust 2020 17:22 (UTC +04:00)
Miqrasiya Könüllüsü” İctimai Birliyinin yeni sədri və idarə heyətinin təqdimatı keçirilib.
“Miqrasiya Könüllüsü” İctimai Birliyinin yeni sədri və idarə heyəti seçilib (FOTO)

Bakı. Samir Əli - Trend:

“Miqrasiya Könüllüsü” İctimai Birliyinin yeni sədri və idarə heyətinin təqdimatı keçirilib.

Trend-in məlumatına görə, təqdimatda çıxış edən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin keçmiş sədri Emil Gülmuradov yarandığı gündən görülmüş işləri, həyata keçirilən uğurlu layihələri qeyd edib. Daha sonra o ictimai birlikdə 01.07.2020 tarixdə keçirilən ümumi yığıncaqdakı seçkilərin nəticələrinə əsasən “Miqrasiya Könüllüsü” ictimai birliyinin yeni icra orqanı olan idarə heyəti, yeni sədr, sədr müavini və baş katibini kollektivə təqdim edib. İctimai Birliyin yeni sədri Aydan Haşımova bundan əvvəl “Miqrasiya Könüllüsü” İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri olaraq fəaliyyət göstərib.

Sədr müavini Fərid Quluzadə, bugünədək Birliyin Üzvlərlə İş və Təşkilatı Məsələlər departamentinin rəhbəri, baş katib Orxan Abdullazadə isə Beynəlxalq Əlaqələr departamentinin əməkdaşı olub.
Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi,Könüllülərlə iş üzrə koordinatoru Elnur Kələntətov “Miqrasiya Könüllüsü” İctimai Birliyinin yeni idarə heyətini təbrik edib, yarandığı 1 il ərzində İctimai Birlik tərəfindən görülən işləri qiymətləndirib və könüllülərə növbəti illərdə daha böyük uğurlara nail olmağı arzu edib. Bir vaxtlar sıravi könüllü kimi Miqrasiya Könüllüləri hərəkatına qoşulan gənclərin inkişaf edərək hazırda İctimai Birliyin idarə heyyəti və rəhbər postlarında təmsil olunmaqlarını digər könüllülər üçün həm də stimul kimi qiymətləndirib.

“Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri Aydan Haşımova təşkilatın pandemiya dövründəki fəaliyyəti və gələcəkdə görüləcək işlər barədə məlumat verib.

Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti nəznində fəaliyyət göstərən “Miqrasiya Könüllüsü” İctimai Birliyi 28 İyun 2019-cu ildə təsis olunub. Hazırda “Miqrasiya Könüllüsü” İctimai Birliyi gənclər sektoruna böyük töhfə vermiş yeni və aparıcı təşkilatlardan biridir.

“Miqrasiya Könüllüsü” İctimai Birliyinin əsas missiyası könüllülərin şəxsi inkişafına, cəmiyyətə inteqrasiyasına və maariflənməsinə təkan vermək, eyni zamanda onlara vətənpərvərlik və kollektiv ruh hisslərini aşılamaqdan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti