...

Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı

Cəmiyyət Materials 18 Sentyabr 2020 22:01 (UTC +04:00)
Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı

Bakı. Trend:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 18-nə olan statistik göstəriciləri açıqlayıb.

Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 898 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 1 041 184 test aparılıb. Aktiv xəstə sayı 1 898 nəfərdir, onlardan 114 nəfər reanimasiyadadır, 8 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti