...

DİM GRE: General Test imtahanı keçirəcək

Cəmiyyət Materials 21 Sentyabr 2020 17:21 (UTC +04:00)
DİM GRE: General Test imtahanı keçirəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzində (DİM) sentyabrın 22-də ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı GRE: General Test imtahanı keçiriləcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahan saat 10:00-da başlanır. İmtahanda iştirak edəcək şəxslər saat 9:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə imtahan binasında olmalıdırlar.

İştirakçılar imtahana gələrkən yuxarıdakı sənədlə yanaşı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib gətirməlidirlər. Sənəd iştirakçı tərəfindən imzalanır.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaqdır.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Qeyd edək ki, GRE: General Test imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/gre/ linkinə daxil olmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti