...

Metroda bəzi qatarlar gecikir - RƏSMİ

Cəmiyyət Materials 22 Sentyabr 2020 11:36 (UTC +04:00)
Metroda bəzi qatarlar gecikir -  RƏSMİ

Bakı. Ceyhun Ələkbərov - Trend:

Metroda qatarların hərəkərində gecikmə var.

Bunu Trend-ə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bəzi qatarlar arasında interval yubanması 2-3 dəqiqədir:

"Buna səbəb isə, "Nərimanov-Ulduz" yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini təmin edən sxemdə nasazlıq baş verib. Hazırda metro qatarlarının hərəkətində gecikmələr müşahidələr olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti