Bakı. Samir Əli - Trend:
Bu günə qədər Bakı metropoliteninin stansiyalarında heç bir şübhəli hal aşkarlanmayıb.
Trend-in məlumatına görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, metropolitendə nəzarət tədbirləri ən müasir üsullarla tənzimlənir:
"Metro qatarlarında və eyni zamanda vestibülllərdə xidmət aparan əməkdaşlarımızla yanaşı, müasir informasiya texnologiyaları cihazları var ki, mövcud qaydalara riayət etməyən şəxsləri müəyyən edir və onlar barəsində aidiyyəti üzrə tədbirlər görülür".