Yeni şanlı tarixin zirvəsi - Şuşa

Yeni şanlı tarixin zirvəsi - Şuşa

Bakı. Trend:

Azərbaycan Ordusunun 27 sentyabr tarixindən başladığı haqq mübarizəsi, işğalda olan torpaqlarımızın azadlığı uğrunda müharibəsi yüksək səviyyədə və tam üstünlüklə davam edir. Ordumuz yeni tarix yazır. Bu günlərdə bütün xalqımızın qəlbinin döyündüyü tək məbəd Qarabağdır. Lakin həsrət içində xüsusi bir həsrətimiz də Qarabağın göz bəbəyi Şuşadır. O Şuşa ki, Azərbaycanın ən qədim tarixini özündə yaşadır, milli mədəniyyətimizin mərkəzi, poeziyamız, musiqimizin beşiyi hesab edilir. Bu qədim şəhər həm də Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən biri kimi özünün milli memarlıq üslubu ilə seçilir, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidələrinin mərkəzi, eyni zamanda ədəbiyyatımıza , incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətlərin diyarı, muğamımızın beşiyi sayılır.

Tarixin tozlu səhifələrini vərəqlədikcə Şuşa haqqında daha çox fakt, daha çox gerçəklik özünü göstərir. Uzun illər bu şəhər Azərbaycanın Qarabağ xanlığının paytaxtı olub. Elə Şuşa qalasının salınması da xanlığın dövründə -1750-1751-ci illər hesab edilir. Qarabağ xanı Pənah Əli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənah Əli xanın şərəfinə "Pənahabad", sonradan isə "Şuşa qalası" və "Şuşa" adlandırımışdı. Şəhərin Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar və s. olmaqla 17 məhəlləsi vardı. Xanlıq dövründə şəhərin ərazisi qısa müddət ərzində xeyli böyüyüb, təbii gözəlliyi, hündür binaları və möhtəşəm qala divarları ilə əzəmətli görünüşə sahib olmuşdu. Şuşaya əbəs yerə mədəniyyət məbədi deyilmirdi, şəhərin özü boyda tarixi abidələri var. Ümumiyyətlə, şəhərdə 549 qədim bina, daş döşənmiş küçələr, 17 məhəllə bulaqları və məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi.

Qeyd edim ki, hələ XIX əsrin sonunda Şuşada 17 məscid fəaliyyət göstərib. Şəhərin tanınmış məscidlərindən Aşağı Gövhər ağa məscidi, Yuxarı Gövhər ağa məscidi, Culfalar məscidi, Hacı Yusifli məscidi, Köçərli məscidi, Mamay məscidi, Mərdinli məscidi, Quyuluq məscidi, Saatlı məscidi, Seyidli məscidi, Çöl Qala məscidi, Xoca Mərcanlı məscidi, Təzə məhəllə məscidi və digərlərini qeyd etmək olar. Bundan əlavə, hər biri danışan sənət nümunəsi olan Xan, Qaxal mağaraları, Şuşa qalası, Xurşudbanı Natəvanın, artilleriya generalı Mehmandarovun, şair -rəssam Mir Möhsün Nəvvabın ev muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, "Gəncə darvazaları", əsas ticarət mərkəzi olan "Rastabazar", möhtəşəm qala divarları, memarlıq üslubu ilə inşa olunan digər tikililəri ilə şəhər onun qonağı olan hər kəsdə xüsusi maraq oyadır, daha dəqiq desək valeh edirdi. Üzeyir Hacıbəyov, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Rəşid Behbudov, Qurban Pirimov, Seyid Şuşinski, Fikrət Əmirov, Süleyman Ələskərov, Niyazi, kimi incəsənət xadimlərinin vətəni olmuş Şuşanı bu səbəbdən "Şərqin konservatoriyası" da adlandırırlar. Təssüflər olsun ki, bu qədər özəlliyi ilə fərqlənən Şuşa tarix boyu bəlalardan da yan keçmədi.

Müxtəlif dövrlərdə həmişə kimlərinsə göz dikdiyi məkana çevrilən alınmaz qala-şəhəri xisləti xarab ermənilərin xain planları ilə işğal olundu. Bu işğal barbarlığı, vəhşiliyi, nankorluğu da özü ilə bərabərində gətirdi. Qarabağın gözəllik simvolunun çöhrəsinə 8 may 1992-ci ildən etibarən qara buludlar çökdü. Şuşanın könüllüləri, yerli əhalisi hər şeyə rəğmən Ermənilərin, havadarları rus ordusunun artilleriyasının hücumlarının qarşısında mərdliklə vuruşurdu. Bütün çətinliklərə baxmayaraq, şəhərin ölkəmiz üçün strateji əhəmiyyətini nəzərə alan döyüşçülər əsil qəhrəmanlıq göstərərək alınmaz qala Şuşanı qorumağa çalışırdılar. Lakin Şuşa xəyanətin qurbanı oldu... Şəhərin işğalı mənəvi zərbə ilə yanaşı maddi ziyanı da bərabərində gətirdi. Belə ki, Qarabağın göz bəbəyinin işğalı nəticəsində 22 təhsil müəssisəsi, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 7 məktəbəqədər uşaq-tərbiyə ocağı, onlarla xəstəxana, 2 kinoteatr, tarixin yadigarlarını qoruyb saxlayan 3 muzey, şərq musiqi alətləri fabriki və digər obyektlər dağıdıldı, minlərlə yaşayış evi viran qoyuldu, talandı. O qara günlərdən, qanlı tarixdən keçən 28 il ərzində hər zaman təkcə Şuşalıların ürəyində deyil, bütün Azərbaycanın qəlbində sönməz Şuşa yanğısı, başı qarlı dağların nisgili, Cıdır düzünün həsrəti var. Necə ki, Şuşa da öz sakinlərindən ayrı boynu bükük, xarı bülbülü solğun, səması qara buludlar içində qalıb. Lakin biz heç zaman vətənin parçası olan torpaqlarımızın işğaldan azad olunacağına olan inamımızı itirmədik. Çünki arxalanacağımız güclü ordumuz və bu inamı öz sözləri, gördüyü işləri ilə dəfələrlə təsdiq edən Prezident İlham Əliyev var. Dövlət başçısının qeyd etdiyi bir sitati xatırlatmaq istəyirəm: "Azərbaycanın işğal altında qalan torpaqlarını nə yolla olursa olsun azad etmək imkanları böyükdür".

Tarixi gedişat göstərdi ki, bu sözlər adi sözlər deyildi və hər biri bu gün öz təsdiqini tapır. 2016-ci ilin Şanlı Aprel döyüşləri, ardınca 2020-ci ilin iyul ayında başlayan Tovuz döyüşləri zamanı qüdrətli Azərbaycan ordusunun şücaəti göstərdi ki, igidlərimiz tərəfindən Lələtəpəyə sancılan bayrağımızın, gün gələcək Şuşada da dalğalanacaq! Artıq o günlər uzaqda deyil, biz Şuşaya da, Kəlbəcərə də, Laçına da çox yaxınıq. Torpağın hər qarışını vətən bilən oğullarımızın qəhrəmanlığı nəticəsində bu günlərdə Füzuliyə, Cəbrayıla, tarixi Xudafərin körpüsünə əzəmətli üçrəngli bayrağımız sancıldı. Vətən torpaqları mənfur düşmən tapdağından təmizləndi. Azərbaycan ordusu yeni tarixini yazır, 1992-1993-cü illərdə yurd-yuvasından didərgin düşən vətən övladları bu gün həmin yerlərə qalib kimi daxil olur. Növbəti qələbə xəbərinin Şuşadan gələcəyini gözlədiyimiz zamanda cənab Prezident dediyi sitatla növbəti dəfə bütün Azərbaycan xalqının qürrələnməsinə səbəb oldu: "İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar". Bəli, Şuşasız bizim işimiz yarımçıq qalar və dünya şahiddir ki, türk oğlu işini yarıda qoymaz! İnşallah müzəffər ordumuzun Şuşaya daxil olduğu gün Azərbaycan xalqı üçün yeni şanlı tarixinin zirvəsi olacaq. Bu, 50 milyon azərbaycanlının istəyidir. Mən də bu tarixi anlara Azərbaycan Ordusunun şəninə və qalibiyyətinə həsr etdiyim şeirimlə dəstək verirəm. Bu hərbi marşla Şuşaya daxil olmaq nəsib olsun bizlərə. İnamlı addımlarına, zəfəri yaxınlaşdıran iradən var olsun, ordum! Artıq haqq günüdür, qisas vaxtıdır. Düşmənin başına kül ələnəcək. Qalxıb Azərbaycan ayaq üstədir. Bu gecə yer qopub, göy dillənəcək! Sən bizim fəxrimiz, həm qürurumuz. Zəfərin mübarək şanlı ordumuz!

Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyev

Türkiyədə koronavirusdan sağalanların sayı 418 mini keçib
Türkiyədə koronavirusdan sağalanların sayı 418 mini keçib
Gürcüstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Gürcüstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Ermənistan müxalifəti Paşinyanın yerinə vahid namizədini açıqladı
Ermənistan müxalifəti Paşinyanın yerinə vahid namizədini açıqladı
Loading Bars
Xəbər lenti
Türkiyə və İran prezidentləri Dağlıq Qarabağı müzakirə ediblər
"Euronews" erməni işğalından azad edilmiş Suqovuşan kəndindən süjet hazırlayıb (VİDEO)
UEFA Avropa Liqası: "Qarabağ" qrup mərhələsində "Makkabi" ilə heç-heçə edib
Bu gün saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
Türkiyədə koronavirusdan sağalanların sayı 418 mini keçib
Azərbaycan “OPEC plus”un 2021-ci ilin yanvarında gündəlik hasilatın 500 min barrel artırılması barədə qərarını dəstəkləyib
Fransa Milli Assambleyasının sülhü dəstəkləmək əvəzinə qərəzli, ədalətsiz qətnamə qəbul etməsi insanlığa qətiyyən sığımır - Deputat
Hikmət Hacıyev şəhidlərlə bağlı paylaşım edib
Azərbaycan XİN: Ermənistan tərəfinin sərgilədiyi destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib
Türk Şurası Azərbaycana başsağlığı verib
"OPEK plyus" ölkələri yanvar ayından etibarən neft hasilatını artırmağa razılaşıb
Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daim artmaqdadır - Hikmət Babaoğlu
Prezident İlham Əliyev: Beynəlxalq ictimaiyyət pandemiyadan yalnız birlik və çoxtərəfli əməkdaşlıq əsasında xilas ola bilər
Könüllülərin “Azərbaycan - Türkiyə Həmrəylik Görüşü” baş tutub (FOTO)
Ona cavab vermək istəyəndə anladım ki, artıq mən yoxam - Şəhidlə olmayan müsahibə (FOTO)
Azərbaycan beynəlxalq səviyyədə daha bir ilkə imza atdı - Bəhruz Quliyev
Azərbaycan Prezidenti: BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi Qoşulmama Hərəkatına üzv dövlətlərin möhtəşəm uğurudur
Ərazilərin işğaldan tam azad olunmasının iqtisadi inkişafımıza çox böyük təsiri olacaq - Tamam Cəfərova
Əfqan Sadıqovun vəziyyəti Ombudsmanın diqqət mərkəzindədir
Bu il Azərbaycanın məhsul ixrac etdiyi ölkələr bunlar olub
Azərbaycan Prezidenti: Qoşulmama Hərəkatı BMT sisteminin COVID-19 ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirir
Prezident İlham Əliyev: 2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib
"Bakı metropoliteni" tender elan edib
Bolqarıstandakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında videoformatda çıxış edib (FOTO/VİDEO)
Sağlamlıq imkanları məhdud uşaqlar müasir reabilitasiya sistemi ilə əhatə olunub
ATƏT-in Minsk Qrupu həmsədr ölkələri Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayır
Bakıda 14 obyekt karantin qaydalarını pozub - İqtisadiyyat Nazirliyi
Prezident İlham Əliyevin təşəbbüsü əsasında BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyası başlayıb
Rusiya ümid edir ki, UNESCO missiyası dini məbədlərin mühafizəsinin qiymətləndirilməsi üçün Qarabağa gələcək
ƏƏSMN və “Mtv Azərbaycan” “Bərabərik” layihəsini təqdim edir (FOTO/VİDEO)
Gürcüstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Təhsil Nazirliyi tələbələrə müraciət edib
Azərbaycanda 11 ayda sosial təminat üzrə 5 milyard 264 milyon manat ödəmə edilib
SOCAR-ın qaz ehtiyatları təxminən 14 faiz artıb
Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı
Mədəniyyət nazirinin sabiq müavini və xidmət rəisinin həbs müddəti uzadıldı
Türk dünyası “Vikipediya”da: Bir ay ərzində 60-dan çox məqalə yaradılıb
Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub
Beynəlxalq Bankdan alınacaq problemli aktivlər əvəzində əldə edilən əmlakın bölüşdürülməsi qaydası dəyişib
Milli Preventiv Qrupun üzvləri Şəki rayon Psixiatriya Xəstəxanasına başçəkmə həyata keçirib (FOTO)
Dekabrın 4-də manatın dollara qarşı məzənnəsi
Sumqayıtda koronavirusa qarşı nəzarət-profilaktik tədbirlər genişləndirilib (FOTO)
Gəncədə xüsusi karantin rejiminə riayət etməyənlər cərimələnib (FOTO)
Azərbaycan kommersiya banklarının birgə bankomat şəbəkəsi istifadəyə verilib
Münaqişələrin tənzimlənməsində ATƏT-in potensialına tələbat var - Sergey Lavrov
Tovuz və Gədəbəyin kəndlərində içməli su layihələri icra edilir (FOTO)
Ermənistan müxalifəti Paşinyanın yerinə vahid namizədini açıqladı
Qarabağ razılaşması Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir edə bilər - Mövlud Çavuşoğlu
Koreya hökuməti ölkəmizə Səyyar COVID - 19 Müayinə Köşkləri ianə edib (FOTO)
Yelo Bank «Yelo school» sosial layihəsinin ikinci hissəsinə start verdi
Qobustanda virusun yayılmasına şərait yaradan iki COVİD-19 xəstəsi saxlanılıb
Pərviz Şahbazov 7-ci Beynəlxalq Enerji Forumu - Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumunda iştirak edib
Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının keçirilməsi tarixi hadisədir - Deputat
Bakıda evi tərk edən COVİD-19 daşıyıcıları saxlanılıb (VİDEO)
Yaşayış yerini tərk edın COVİD-19 daşıyıcısana cinayət işi açıldı (VİDEO)
Bakının şimal girişi yenilənir - RƏSMİ (FOTO)
FAO ilə AQTA arasında növbəti işgüzar görüş keçirilib (FOTO)
Azərbaycanda 4 189 nəfər COVID-19-a yoluxdu, 2 072 nəfər sağaldı, 40 nəfər vəfat etdi
FHN Bakıda yaşayış binasında yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarladı (VİDEO)
UNEC brendi Gürcüstanda da tanındı
Biz münaqişədən sonrakı yenidənqurma və bərpa mərhələsinə qədəm qoyuruq - Ceyhun Bayramov (FOTO)
"Thales" Azərbaycanın azad edilmiş ərazilərində bütün dəmiryol layihələrini dəstəkləyəcək
Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq - SƏRƏNCAM
Sabah saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - SƏRƏNCAM
Türkiyə mətbuatı Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırıb - Hüseyn Altınalan
Süni intellekt texnologiyaları ilə bağlı xüsusi qanunlar qəbul edilməlidir - AMEA-nın vitse-prezidenti
Xətaidə ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb
Azərbaycanda ilk yüksək texnologiyalı protezlər hazırlanıb (FOTO)
İranda koronavirusa yoluxanların sayı 1 milyon nəfəri keçib
Şəhidlər haqqında ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq - MN
Bakıda 20 mindən artıq ağacın əkilməsi nəzərdə tutulub (FOTO)
Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək - Müdafiə Nazirliyi
Laçın və Kəlbəcərə komendantlar təyin edildi - RƏSMİ
10 noyabr razılaşması Cənubi Qafqazda sülh və sabitliyi təmin edəcək - Ceyhun Bayramov
Prezident İlham Əliyev xalqın maraqlarını hər şeydən üstün tutub - Deputat
Müdafiə Nazirliyi itkin düşmüş və hazırda müalicə olunan hərbi qulluqçularımızın sayını açıqlayıb
Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum oldu
ATƏT sədri: Qarabağla bağlı öhdəliklərimizi yerinə yetirmək vaxtı çatıb
Vətən müharibəsində 2783 hərbi qulluqçumuz şəhid olub - MN
Bakı-Kiyev çarter reysləri açılır
Azərbaycanda Uşaq Məcəlləsi hazırlanacaq
Gəncədə polis koronavirusla mübarizə tədbirlərini gücləndirdi (FOTO)
Prezident İlham Əliyev noyabrın 8-inin Zəfər Günü kimi qeyd edilməsi barədə sərəncam imzalayıb
Zəfər Gününün təsis edilməsi haqqında sərəncam ləğv edilib
ATƏT dərin böhran keçirir - Qurumun sədri
Şəkidə yaşadığı ünvanı tərk edən COVİD-19 xəstəsi barədə araşdırmalara başlanılıb
“Qazax Sement Zavodu” MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat
GUAM PA komitələrinin birgə iclasında Qarabağ məsələsi müzakirə edilib
Cəlilabad və Masallıda daha 2 koronavirus xəstəsi saxlanılıb (FOTO)
Belçika parlamentində ermənipərəst qüvvələrin anti-Azərbaycan səyləri puç oldu - Səfirlik
Zəfər Günü hər il noyabrın 8-də qeyd ediləcək - Prezident Administrasiyası
“Twitter” təhqirlə bağlı qaydaları sərtləşdirib
Suqovuşan və Talış kəndlərində inspektorlar təyin edilib, xidməti post qurulub - DİN (FOTO)
Pandemiya 32 milyondan çox insanın ifrat yoxsulluq həddinə çatmasına səbəb olacaq
Türkiyədən Azərbaycana polad ixracı azalıb
Sabahın hava proqnozu açıqlanıb
Prezidentə məktublar: Yazdığınız Qarabağ salnaməsinin sevinci hər kəsə qürur hissi bəxş edir
Laçının Hüsülü və Malıbəy kəndləri (VİDEO)
Zəngilanda yük maşını aşıb, sürücü ölüb
Bütün xəbərlər