...

Bu il daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Cəmiyyət Materials 17 Noyabr 2020 14:51 (UTC +04:00)
Bu il daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Bakı. Trend:

Bu il 1241 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib.

Trend-in məlumatına görə, cari ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1241 nəfər gələn, Azərbaycandan isə 461 nəfər gedən qeydə alınıb.

Bununla da ölkəmizdə miqrasiya saldosu müsbət 780 nəfər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti