İkinci Qarabağ müharibəsi barədə həqiqətlər Avropa ölkələri gömrük xidmətləri rəhbərlərinin diqqətinə çatdırılıb (FOTO)

İkinci Qarabağ müharibəsi barədə həqiqətlər Avropa ölkələri gömrük xidmətləri rəhbərlərinin diqqətinə çatdırılıb (FOTO)

Bakı. Trend:

Noyabrın 20-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrliyi ilə Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə Gömrük Xidməti rəhbərlərinin virtual konfransı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev videokonfransda ÜGT-nin Avropa Regionu üzrə sədr müavini qismində açılış nitqi ilə çıxış edib. Komitə sədri koronavirus (COVID-19) epidemiyasının yaratdığı çətinliklərə baxmayaraq, regional və beynəlxalq maraqları nəzərə alaraq ticarətin inkişafı, gömrük işinin səmərəli təşkili məqsədilə region ölkələrinin bu konfransda iştirakını əzmkarlığın, qarşılıqlı əməkdaşlığın təzahürü kimi qiymətləndirib və təşəkkürünü bildirib.

ÜGT-nin Avropa Regionunda iqtisadi inkişafın, beynəlxalq ticarət-təchizat zəncirinin davamlığının və təhlükəsizliyinin təmin edilməsinin bölgədəki siyasi, iqtisadi və sosial problemlərdən asılı olduğunu vurğulayan Səfər Mehdiyev Azərbaycanın sülhün və sabitliyin qorunmasına yönələn bütün addımları dəstəklədiyini bildirib. Komitə sədri bu il Azərbaycanın yalnız koronavirusla deyil, Ermənistan Respublikasının təcavüzkar siyasətilə də mübarizə apardığını ÜGT-nin Avropa Regionunun 52 ölkəsinin gömrük xidmətləri rəhbərlərinin diqqətinə çatdırıb. Səfər Mehdiyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edirdi. Buna baxmayaraq, Ermənistan sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüz aktını həyata keçirib. Azərbaycan Ordusu qarşı tərəfin hücumunu dəf etmək və öz mülki əhalisini qorumaq məqsədilə əks-həmlə tədbirləri görməyə məcbur olub.

Vurğulanıb ki, hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində aparılıb. Azərbaycanın Ermənistanın təcavüzünə cavabı BMT Nizamnaməsinin 51-ci maddəsi üzrə, özünümüdafiə çərçivəsində həyata keçirilib. O da qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Azərbaycanda bu günə qədər 94 mülki şəxs həlak olub, 414 mülki şəxs isə yaralanıb. Həlak olanlardan 11 nəfəri azyaşlı uşaqlar və məktəblilərdir. Komitə sədri konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub, münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırıldığı elan olunub.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təbirincə desək, ikinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq-deyə sözünə davam edən Komitə sədri əminliklə diqqətə çatdırıb ki, bu münaqişənin sona yetməsi nəinki Qafqaz regionu, ümumilikdə Avropa regionu üçün yeni iqtisadi imkanların bərqərar olmasına töhfəsini verəcək.

Sonra Səfər Mehdiyev Azərbaycan Gömrük Xidmətinin ÜGT-nin Avropa Regionu üzrə sədr müavinliyi dövründə görülən işlər barədə məlumat verib, qarşılıqlı təcrübə mübadiləsinin artırılması, potensialın gücləndirilməsi istiqamətində atılan addımlardan danışıb. Məruzə zamanı xüsusilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ÜGT-nin Avropa regionu üzrə sədr müavinliyi dövründə ÜGT-nin illik hesabatına dair sorğu vərəqəsi üzrə məlumatların hazırlanması, ÜGT-nin Hüquq-Mühafizə Komitəsinin növbəti sessiyasında müzakirə edilməsi məqsədilə Avropa regionu üçün 3 əsas hüquq-mühafizə prioriteti – 1) Çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə münasibətdə nağd pulun sərhədlərarası daşınmasına qarşı mübarizə, həmçinin bu sahədə tərəfdaş administrasiyalarla institusional əməkdaşlıq; 2) Sərhədlərarası elektron ticarət, internet üzərindən törədilən cinayətlər, yəni internet, sosial şəbəkələr vasitəsi ilə saxta malların təklif edilməsi; 3) Narkotik vasitələrin qanunsuz ticarəti, xüsusilə yüksək zəhərlənmə riski və həyat üçün təhlükə yaradan maddələrin və sintetik narkotiklərin prekursorlarının idxalı kimi məsələlərin həllinə yönəlik səmərəli fəaliyyət qeyd edilib.

Daha sonra Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya çıxış edərək pandemiya dövrünün yaratdığı çətinliklərdən bəhs edib və bildirib ki, qlobal təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi baxımından Ümumdünya Səhiyyə Təşkilatının təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. Kunio Mikuriya ÜGT-nin müvafiq qurumlarının virtual şəkildə fəaliyyətindən danışıb və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin faydalarına da diqqət çəkib.

Türkiyənin Ticarət nazirinin müavini Rıza Tuna Turagay “Avropa gömrük idarələrinin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə qabaqcıl təcrübələrinin mübadiləsi” mövzusunda çıxış edərək, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq səmərəli fəaliyyətin təşkilinin vacibliyindən, koronovirusla mübarizə tədbirlərinə dəstək göstərməyin əhəmiyyətindən bəhs edib.

Daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev “Bergen Sazişinə yenidən baxılması” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ÜGT-nin Siyasi Komissiyasında Rusiya Federasiyasının Əsas İanəçilər qrupunda İspaniyanı əvəzləməsi səbəbindən İspaniyanın üzləşdiyi vəziyyətlə bağlı Bergen Sazişinə müvafiq dəyişikliklərin hazırlanması üçün Azərbaycanın təşəbbüsü ilə İşçi Qrupun 23-24 yanvar 2020-ci il tarixində Bakı şəhərində keçirilmiş iclasının nəticələri, həmçinin Bergen Sazişinə dəyişiklik prinsipini müəyyən etmək məqsədilə Azərbaycanın təşəbbüsü çərçivəsində Avropa regionuna daxil olan gömrük xidmətləri arasında keçirilmiş səsvermənin nəticələri təqdim edilib.

Rusiya Federal Gömrük Xidmətinin Belçika Krallığındakı nümayəndəsi Dmitry Subochev “ÜGT-də fəaliyyətin qiymətləndirilməsi sisteminin yaradılması” mövzusunda təqdimatla çıxış ediblər.

Konfrans çərçivəsində ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Eser Çengel hesabat nitqi ilə çıxış edib.
ÜGT-nin Avropa Regionunun Regional Məlumat Əlaqələndirmə Qovşaqlarının birgə təqdimatını RILO ECE-nin rəhbəri xanım Katarzyna Banaszek keçirib.

Konfransın sonunda isə Gömrük Əməkdaşlıq Şurasının ali orqanına seçkilərin keçirilməsinə dair aparılan müzakirələrdə Türkiyə, Rusiya və Avropa İttifaqının nümayəndələri söz alaraq ötən dövr ərzində Azərbaycanın vitse-sədr qismində effektiv fəaliyyətini yüksək qiymətləndiriblər və növbəti il üçün də ÜGT-nin Avropa Regionuna rəhbərliyinin uzadılması təklifini irəli sürüblər. Təklif regionun digər üzv dövlətləri tərəfindən birmənalı olaraq dəstəklənib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərini dürüst və qərəzsiz olmağa çağırıb
Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərini dürüst və qərəzsiz olmağa çağırıb
Biz Qarabağı cənnətə çevirəcəyik - Azərbaycanın xalq artisti
Biz Qarabağı cənnətə çevirəcəyik - Azərbaycanın xalq artisti
Loading Bars
Xəbər lenti
Ermənilər Kəlbəcərin girişindəki "Xoş gəlmisiniz" lövhəsini söküblər
Pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə bağlı inzibati işlərə baxacaq orqanlar müəyyənləşib
Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırılıb
Xalq artisti Əjdər Həmidov vəfat edib
Valideynlərini itirmiş uşaqların təhsil haqqını onlar övladlığa götürüldükdə də dövlət ödəyəcək
Gələn il də ölkəmizdə işçi qüvvəsinə olan əsas tələbat yerli əmək ehtiyatları hesabına ödəniləcək
Vergi Məcəlləsində dəyişiklik edilib
“Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişikliklər təsdiqləndi
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib
Publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçiriləcək
Prezidentə yazırlar: Sizin sayənizdə Azərbaycan xalqı tarixə şanlı hərflərlə Qələbə sözünü yazdı
Şuşa şəhərinin havadan videogörüntüsü
Sahibə Qafarova TBMM və AŞPA-nın təşəbbüsü ilə keçirilən beynəlxalq konfransa qatılıb (FOTO)
Azərbaycan üçün qəbulolunan hər bir nəticə Türkiyə üçün də qəbulolunandır - Çavuşoğlu
Məhkəmə İmişlinin keçmiş icra başçısının vəsatətini rədd etdi
Qafqaz ermənilərinə bir neçə söz…
Azərbaycanda 3 646 nəfər COVID-19-a yoluxub, 1 259 nəfər sağalıb, 34 nəfər vəfat edib
Noyabrın 25-də manatın dollara qarşı məzənnəsi
Ermənistanda müdafiə nazirinin daha bir müavini istefa verdi
Bu gün Azərbaycan bütün dünyada tolerantlıq nümunəsidir - Deputat
Bura Çernobıl deyil! Bura Qarabağdır! (VİDEO)
Ermənilərin dəyişdirdiyi tarixi ərazilərimizin adları virtual ensiklopediyada bərpa olunub
Erməni silahlılarının təcavüzü nəticəsində Füzulinin işğal edilməyən hissəsində 11 ev tam dağılıb - KOMİSSİYA
İşğaldan azad olunmuş Ağdamın Abdal və Gülablı kəndləri (VİDEO)
Qarabağda Türkiyə və Rusiya silahlı qüvvələri birgə patrul xidməti həyata keçirəcək - Hulusi Akar
Bərdə - Ağdam dəmir yolu xəttinin tikintisi üçün 5 milyon manat ayrılıb - SƏRƏNCAM
İşğaldan azad edilmiş ərazilərdə Əlaqələndirmə Qərargahı yaradıldı - SƏRƏNCAM
Cəlilabadda koronavirusa yoluxmuş 3 nəfər yaşayış yerini tərk edib
Dağlıq Qarabağla bağlı bütün öhdəliklər icra olunur - Lavrov
Xəzər dənizində zəlzələ olub
53 ictimai iaşə obyektində kobud pozuntular aşkarlanıb (FOTO)
Koronavirusdan sağalmış şəxslər ağır xəstələrə donor ola bilərlər - RƏSMİ
Qubadlı Məşğulluq Mərkəzinin sabiq rəhbərinin məhkəməsi başlayır
Dağlıq Qarabağda tərəflərin maraqları nəzərə alınmaqla tənzimlənmə üçün şərtlər yaranır - Putin
Kiberdələduzlar koronavirus mövzusundan sui-istifadə etməyə davam edir - XƏBƏRDARLIQ
Bitkoinin qiyməti 19 min dolları keçdi
Qaxda karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir (FOTO)
Bakının məşhur bazarı köçürülür (FOTO)
Azərbaycan dili ilə bağlı onlayn tədris və imtahan platforması hazırlanacaq
Azercell-in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə məcburi köçkünlər üçün aksiyada iştirak edib (FOTO)
Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində iştirak edən hərbi qulluqçularının bir qrupu geri qayıdıb (FOTO)
Ermənistanda istefa verən nazirlərin sayı 6-ya çatdı
Ev almaq istəyənlər üçün sərfəli kredit imkanı
Kişiyə hamilə diaqnozu qoyulması xəbərləri ilə bağlı araşdırma aparılıb - TƏBİB
Şuşa yolunun tikintisi davam edir: Torpaq işləri aparılır (FOTO)
İranda koronavirusa yoluxanların sayı 880 mini keçdi
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub
Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
İlahiyyat İnstitutunda onlayn ingilis dili kurslarına start verilib (FOTO)
Ermənistanın hərbi təxribatı ilə bağlı sahibkarlıq subyektlərinə dəymiş zərər dəqiqləşdirilir - Orxan Məmmədov
Gürcü ziyalılarının iştirakı ilə Kamal Abdullanın 70 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib
Ermənilər Ağdamın kəndində əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərindən kömək istəyib (VİDEO)
Pandemiya ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr üzrə müddətli əlavələr ödənilib
Dağlıq Qarabağın işğalında iştirak etmiş erməni general ölüb
Çin Aya növbəti missiya göndərib - 2 kiloqram süxur gətirəcək
Coğrafi adlar və alınma sözlərin düzgün yazılışı ilə bağlı standartlar hazırlandı
Ermənistan işğal etdiyi ərazilərdə qədim dini və mədəni irsi tamamilə silməyə çalışıb - Dini konfessiyaların birgə bəyanatı
Qarsda logistika mərkəzinin istismara veriləcəyi tarix açıqlanıb
Ağdamın azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın nəticəsidir - Rauf Əliyev
Sabahın hava proqnozu açıqlanıb
İki gündə evini tərk edən 50-dən çox koronavirus xəstəsi məsuliyyətə cəlb olunub
Müharibə vaxtı Paşinyanın deputatları ABŞ-a qaçmaq istəyib
Ağdamın böyük potensialı - TƏHLİL
Evini tərk edən daha bir COVİD-19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
“PAŞA Həyat”dan şəhid ailələrinə dəstək
AYİB Gəncə üçün Azərbaycana kredit ayırıb
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Rusiyada bir gündə koronavirusdan 500-ə yaxın ölüm qeydə alınıb
Eksternat imtahanlarının vaxtı bəlli olub
Şəhid polkovnik Babək Səmidli dəfn olunub (FOTO)
Qarabağ Azərbaycanda iqtisadi artımın yeni drayveri olacaq - Vüsal Qasımlı
Milli Məclisin növbəti iclasının vaxtı məlum olub
Polietilen torbalar və plastik stəkanların satışına məhdudiyyət barədə layihə ikinci oxunuşda təsdiqləndi
Təəssüf ki, çox həkimlər süni tənəffüs aparatlarının funksiyalarını yaxşı bilmirlər - TƏBİB
Dövlət qulluqçularının xidməti yeni qaydalarla qiymətləndiriləcək
Azərbaycan nefti bahalaşır
Gəncədə qışa hazırlıq işləri yekunlaşıb (FOTO)
Çində koronavirusa görə 600-dən çox reys təxirə salınıb
Evdə müalicə olunan COVİD xəstələrinin sayı açıqlandı
"Vətən Müharibəsi Qəhrəmanı" adı haqqında əsasnamə ikinci oxunuşda təsdiq edilib
Dövlət səviyyəsində antibiotiklərin reseptsiz satışına sərt nəzarət olmalıdır - Səhiyyə nazirliyi
Milli Məclisdə həmkarlarımız arasında COVID-19-a yoluxanlar var - Spiker
Milli Məclis yeni orden və medallarla bağlı layihəni ikinci oxunuşda təsdiqlədi
Düşmən Azərbaycan mövqelərini bu ərazidən atəşə tuturdu (FOTO)
Milli Məclisin növbəti iclası başlayıb
Azərbaycan Prezidenti: Biz Ağdam şəhərini bərpa edəcəyik
“ASAN xidmət” “500 startups” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb (FOTO)
Azərbaycan Prezidenti: Həmsədr ölkələrinin səfirləri bu məsciddə olublar, niyə məsələ qaldırmayıblar?
Prezident İlham Əliyev: Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri
Prezident İlham Əliyev Ağdam məscidinə Məkkədən gətirdiyi “Qurani-Kərim”i bağışlayıb
Bəzi antibiotiklərin reseptsiz satışına qadağa qoyulsun - TƏBİB-dən təklif
Prezident İlham Əliyev: Dəfələrlə səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq
Hazırda süni tənəffüs aparatına qoşulan xəstələrin sayı həddindən çoxdur - TƏBİB
Ermənistanın ədliyyə naziri də istefaya göndərildi
Azərbaycan Prezidenti: Paşinyan bütün müxalifəti tutdurur, qərb də susur, ağzına su alıb
Prezident İlham Əliyev: Paşinyan kimdir, Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda
Azərbaycan Prezidenti: Dedim, Paşinyan, sən özün bizə tarix verməlisən, özün deməlisən və buna nail oldum
Prezident İlham Əliyev Ağdamın niyə daha tez azad olunmamasının səbəblərini açıqladı
Azərbaycanda koronavirusdan ölüm hallarının çoxalmasının səbəbləri açıqlanıb
Bütün xəbərlər