...

Ağdamdan məcbri köçkün düşmüş ailələrin sayı və yaşayış yeri tam dəqiqləşdirilib

Cəmiyyət Materials 7 Yanvar 2021 17:38 (UTC +04:00)
Ağdamdan məcbri köçkün düşmüş ailələrin sayı və yaşayış yeri tam dəqiqləşdirilib

Bakı. Samir Əli - Trend:

Ağdam rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı ünvanlar dəqiqləşdirilib.

Bu barədə Trend-ə açıqlamasında Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birlikdə siyahını tam dəqiqləşdirib: "Məcburi köçkün düşmüş ailələrin sayı, ailə tərkibi və onların məskunlaşdığı ünvanlar tam dəqiqləşdirilib, siyahı aidiyyəti quruma təqdim olunub".

Xəbər lenti

Xəbər lenti