Əsgərlər arasında donvurmaların qarşısının alınması üçün iş aparılır - Müdafiə Nazirliyi

Əsgərlər arasında donvurmaların qarşısının alınması üçün iş aparılır - Müdafiə Nazirliyi

Bakı. Trend:

Qış mövsümü ərzində şəxsi heyət arasında rast gəlinən xəstəliklərdən biri də donvurmadır. Donvurma aşağı hərarətin toxumalara yerli təsiri nəticəsində baş verir. Ona, adətən, bədənin açıq yerləri - burun, qulaq və ətraflar məruz qalır. Soyuq və şaxtalı havalarda dar və ya nəm ayaqqabı, ayaqların tərləməsi, əlcəksiz iş görmək, hərəkətsizlik, fəslə uyğun olmayan paltar geyinmək və ya nəmli paltar donmaya əlverişli şərait yaradır. Buna görə də bu xəstəliklərin qarşısının alınması üçün Azərbaycan Ordusunda mütəmadi olaraq profilaktik tədbirlər kompleksi həyata keçirilir. Belə ki, müxtəlif iqlim xüsusiyyətlərinə malik ərazilərdə hərbi xidmət keçmələrini nəzərə alaraq hərbi qulluqçular hava şəraitinə müvafiq geyimlərlə təmin edilirlər. Bölmələrdə donvurma xəstəliklərinin qarşısının alınması üçün şəxsi heyətin küləkdən, yağmurdan qorunması, o cümlədən meteoroloji vəziyyətə müvafiq geyindirilməsi, hərbi geyimin, ayaqqabıların düzgün seçilməsi, təyin olunmuş istismar müddətinə uyğunluğu, vaxtında yuyulması, qurudulması rəhbərlik tərəfindən ciddi nəzarətdə saxlanılır.

Trend-in məlumatına görə, donvurma barədə məlumat verən Silahlı Qüvvələrin Baş Sanitar həkimi, tibb xidməti polkovnik-leytenantı Surxay Məmmədov qeyd edib ki, orta və yüksək dağlıq rayonlarda hava şəraitinin (temperaturun) tez-tez və kəskin dəyişməsi, hündürlük artdıqca havada oksigenin parsial təzyiqinin azalması, yüksək insolyasiya və ionizasiya, eləcə də fiziki və psixi yorğunluq həmin ərazidə xidmət edən şəxsi heyətə, o cümlədən döyüş mövqeyində olan hərbi qulluqçulara üzücü təsir göstərir və onlar arasında donvurma hallarının olmasına səbəb olur. "Donvurma səthi və dərin ola bilər. Yanıqdan fərqli olaraq onun dərəcəsini ilkin baxış zamanı yox, yalnız 12-24 saatdan sonra təyin etmək mümkündür. Donvurma zamanı zədələnmiş nahiyədə hissiyyatın itməsi, dərinin həssaslığının kəskin azalması, zədələnmiş nahiyənin quruması, keyləşməsi, donmuş sahənin bərk və ya yumşaq olması, şişkinlik, isinəndən sonra suluqların əmələ gəlməsi, dəri rənginin dəyişməsi, barmaqlarda gizildəmə, qızdırılma zamanı don vuran yerin ağrı verməsi, yanğı hissi və s. əlamətlər yaranır. Çox vaxt donvurma soyuq qış günlərində, temperatur 10 dərəcə selsidən aşağı olduqda baş verir. Lakin uzun müddət, xüsusən də yüksək nəmlik və güclü külək zamanı yataqxanadan kənarda qaldıqda, hətta bəzən havanın temperaturu 0 dərəcədan yuxarı olduqda, yaz və payız aylarında da rast gəlinə bilər. Meteoroloji amillərdən başqa, donmaya dar, nəm paltar və ayaqqabı, fiziki yorğunluq və uzun müddət məcburi hərəkətsiz, rahat olmayan vəziyyət, aclıq, keçirilmiş xəstəlik nəticəsində orqanizmin zəifləməsi, ayaqların tərləməsi, aşağı ətrafların və ürək-damar sisteminin xroniki xəstəlikləri, qanitirmə, zədə, siqaretçəkmə, alkoqol sərxoşluğu və s. də səbəb olur."

Donvurma zamanı ilkin tibbi yardım barədə danışan həkim deyib: "Soyuğun bütün orqanizmə təsiri termorequlyasiyasının pozulmasını və bütün orqanizmin soyumasını (hipotermiya) yaradır. Hipotermiya - ətraf mühitin aşağı temperaturunun təsirindən bədənin itirdiyi istiliyi bərpa edə bilməməsi və ümumi soyumasıdır. Ümumi soyumada zərərçəkmiş süstdür, etinasızdır, dəri örtüyü solğundur, soyuqdur. Nəbz seyrəlir, bədən temperaturu 35 dərəcə selsidən aşağı enir. Bu zaman ürək ritmləri pozulur və nəticədə ürək dayanır. Donvurma zamanı zədələnmiş nahiyələrdə dəri soyuq olur, rəngi göyərir, hissiyyatı itir. Ona görə də zərərçəkmişdə həm donvurma, həm də hipotermiya əlamətləri müşahidə edilirsə, birinci növbədə hipotermiyadakı kimi yardım göstərmək lazımdır, çünki insan bədəni qısa müddətdə qızdırılmazsa, bu vəziyyət ölümə gətirə bilər. Amma bu vəziyyətdə donvurmanı da yaddan çıxarmaq olmaz, çünki ağır dərəcədə donvurma ətrafın amputasiyasına səbəb ola bilər. Donvurma zamanı ilkin tibbi yardımın əsas məqsədi zədələnmiş nahiyəni isitmək və təkrar soyumadan qorumaqdır. Bunun üçün zərərçəkmişi isti otağa gətirmək, ayaqqabıları və əlcəkləri çıxarmaq lazımdır. Donmuş orqan əvvəlcə quru yun parça ilə qızarana qədər sürtülməli (olmazsa, əllə ovuşdurmaq, nəfəslə isitmək), sonra ilıq su tökülmüş ləyənə yerləşdirilməli, 10 dəqiqə müddətində suyun temperaturu 40,5 dərəcə selsiyə çatdırılmalıdır. Ətrafda hissiyyat və qan dövranı bərpa olunduqdan sonra qurulamaq, 33 faizli spirtlə silmək və pambıq-tənzif bintlə sarımaq lazımdır (təmiz, ütülənmiş corab geyindirmək olar). Ümumi soyuma olduqda zərərçəkmişi isti adyalla örtmək, yanına isitqac düzmək, isti çay vermək lazımdır. Dərin donma əlamətləri varsa, yalnız isidici sarğı qoyulmalıdır. Əgər bunları etmək imkanı yoxdursa, donmuş ətraflar bədənin isti yerlərinə və s. yaxın saxlanılır. Üz kimi açıq nahiyələrə təzyiq göstərmədən əl və ya əlcək qoyub isidilir. Əlləri qoltuq altında və ya sinədə qızdırmaq olar. Bundan başqa zədələnmiş nahiyəyə tarım çəkilmiş steril quru sarğı qoyulur, əl və ayaq barmaqlar donmuşsa, onların arasına pambıq və ya tənzif qoyulur. Ayaqların donu açılandan sonra zərərçəkənin gəzməsinə icazə verilmir. Huşu aydın olan zərərçəkənə isti çay və yemək verilir, suluqlar deşilmir, zədələnmiş nahiyəni əllə ovuşdurmaq, qarla sürtmək və ona təzyiq göstərmək olmaz. Zədələnmiş nahiyənin qarla sürtülməsi dərinin daha da soyumasına, dəridə cızıqların əmələ gəlməsinə, onların infeksiyalaşmasına və dəridə yerləşən toxumaların zədələnməsinə səbəb olur. Bədənin donmuş hissələrini birdən-birə və birbaşa açıq alov, isti butulka və isti kərpiclə qızdırmaq olmaz."

Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsində hərbi hissələrin tibbi bölmələri isidici avadanlıqlarla, yanacaq, yataq kisələri, xüsusi geyim, ilk yardım və təxliyə vasitələri ilə, o cümlədən isitqac və əlavə adyallarla təmin olunduğunu vurğulayan həkim donvurmaya məruz qalmamaq üçün görülən qabaqlayıcı tədbirlərdən də danışıb: "Yüksək dağlıq ərazilərdə xidmət keçmək üçün göndərilən əsgərlər seçilir, fiziki və psixoloji hazırlığı yoxlanılır. Həmçinin şəxsi gigiyena qaydalarına əməl etmələri üçün hər cür şərait yaradılır. Xidməti yerlərinə göndərilməzdən əvvəl hərbi qulluqçular tibb məntəqəsində tibbi müayinədən keçirilir, ehtiyac olduqda hospitallarda dərin tibbi müayinə aparılır. Hərbi qulluqçuların faktiki enerji itkilərinin qidalanmaları ilə mütənasib olmasına, qida rasionuna, həmçinin su təchizatına daim tibbi nəzarət edilir. Hərbi hissələrdə donvurmaların qarşısının alınması üçün metodik köməklik göstərilməsi məqsədilə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən telefonoqramlar və məktublar göndərilir, hərbi həkimlər tərəfindən şəxsi heyət məlumatlandırılır.

Bunlarla yanaşı, hər bir hərbi qulluqçu da fərdi olaraq kəskin soyuqlar zamanı düzgün qidalanmalı, quru və isti geyinməlidir. Soyuq havalarda döyüş növbətçiliynə çıxmazdan əvvəl çoxlu maye içmək lazımdır. Uzun müddət soyuqda qalanda əllərin şişərək göyərməməsi üçün onu ovuşdurmaq və mütləq əlcək geyinmək, ağrılar olduqda fəal şəkildə tərpətmək lazımdır".

Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Azad edilən ərazilərin turizm potensialı müzakirə olunur - Aparat rəhbəri
Azad edilən ərazilərin turizm potensialı müzakirə olunur - Aparat rəhbəri
Qış turizmi üzrə xidmətlərdən istifadə edənlərin sayı artıb
Qış turizmi üzrə xidmətlərdən istifadə edənlərin sayı artıb
Loading Bars
Xəbər lenti
Bakıda mansarda tipli evdə yanğın olub, 4 nəfər xilas edilib
Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransından yazır
Abşeron rayonunda 3 otaqlı ev yanıb
Ukrayna mətbuatı Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb (FOTO)
Türkiyənin bəzi vilayətlərində komendant saatı ləğv olunub
Çin KİV-ləri Azərbaycan Prezidentinin vaksin məsələsi barədə fikirlərindən yazıb
Özbəkistanda koronavirusa qarşı ilk peyvənd qeydə alınıb
Qırğızıstanın xəbər portalları Azərbaycan Prezidentinin keçirdiyi mətbuat konfransının tam mətnini yayımlayıb (FOTO)
Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti böyük qələbəsidir - Deputat
"Google" axtarış sistemi Azərbaycanda populyarlığını qoruyub saxlayır
BMT və Azərbaycan Hökuməti arasında əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb (FOTO)
Təhsilini yarımçıq qoyub hərbi xidmətə yollandı, oradan da Vətən müharibəsinə - Şəhid Arif Rüstəmov (FOTO)
Rumıniyanın qabaqcıl KİV-ləri Prezident İlham Əliyevin mətbuat konfransı barədə məlumatlar yayıblar (FOTO)
Paşinyan Ermənistanın sabiq prezidentini ordunu onun üzərinə qaldırmaqda ittiham edib
İctimai iaşə müəssisələrində ən çox aşkar olunan nöqsanlar hansılardır? - RƏSMİ
“YAŞAT” Fondunun təşəbbüsü ilə İsraildən ölkəmizə humanitar həkim heyəti gəlib (FOTO)
Azərbaycandan ixrac sifarişi alan əsas məhsullar bunlar olub
Azərbaycan meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir - Vüqar Rəhimzadə
Azərbaycan Prezidenti Ermənistanın yenidən silahlanmaq xülyasını məhv etdi
Türkiyə mediası: Prezident İlham Əliyev dörd saatdan artıq zamanda jurnalistlərin əlliyə yaxın sualını cavablandırıb (FOTO)
Azərbaycanda zəlzələ olub
"Google Chrome" Azərbaycan internet bazarında liderliyini davam etdirir
İspandilli KİV-lər Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb (FOTO)
Balakəndə 2 otaqlı ev yanıb
Zakir Həsənov Belarusun səfiri ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Fransız jurnalist Qarabağın dirçəldilməsi istiqamətində görülən işlərdən yazır (FOTO)
Soydaşlarımız Almaniya bundestaqını Xocalı soyqırımını tanımağa çağırıb
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb (FOTO)
Deputatların vaksinasiyasının birinci mərhələsi başa çatıb
Sidneydə Xocalı soyqırımı ilə bağlı həqiqətləri əks etdirən avtomobil hərəkət edib (FOTO)
"Xocalı soyqırımı xaricilərin gözü ilə" mövzusunda müzakirələr aparılıb
Bakıda 22 yaşlı oğlan qətlə yetirilib
Tokio sakinlərinə üzərində “Xocalıya ədalət!” yazılmış tibbi maskalar paylanılıb (FOTO)
Qayıdış proqramı ilə bağlı keçirilən sorğuda artıq minlərlə şəxs iştirak edib
Könül Nurullayeva Xorvatiya mətbuatında Qarabağdakı işğalın dərin izlərindən yazdı
Paşinyanın tərəfdarları meydana gəlməyə başlayıb
Murmansk şəhərində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransının tam versiyası president.az saytında (VİDEO)
Azərbaycan azad olunmuş ərazilərdə abidələrin bərpasında Türkiyə təcrübəsindən yararlanacaq (FOTO)
Unibank daha 3 mükafat qazanıb
Gömrük Akademiyasında “İlk tibbi yardım” mövzusunda təlim keçirilib (FOTO)
"Buta Airways" Tbilisiyə uçuşlar yerinə yetirməyə başlayır
Novruz bayramı ərəfəsində «PAŞA Həyat» hədiyyəli bahar kampaniyasına start verib
Sarkozi 3 il müddətinə həbs olundu
Ermənistan prezidenti Paşinyanla görüşüb
Azərbaycanda 125 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 3 nəfər vəfat edib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Pakistanın Sərhəd İşləri Təşkilatının baş direktoru ilə görüşüb
Hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik - Sahil Babayev
AQTİ-dən qidalardakı təhlükəli virusla bağlı XƏBƏRDARLIQ
Göyçayda 3 094 nəfər koronavirusa qarşı vaksin olunub
AQTA 21 müəssisədə qayda pozuntusu aşkarladı
İranda Qarabağ konfransında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul olunub (FOTO)
Xaricilərin Azərbaycanda xərclədiyi pulların həcmi açıqlanıb
Heyvanların identifikasiyası aparılır
Azərbaycanın ixrac etdiyi peyk xidmətinin həcmi açıqlanıb
"Instagram" Azərbaycanda ən populyar sosial şəbəkə olub
Almaniyada Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı maraqlı flaşmob təşkil edilib (FOTO)
Azad olunmuş ərazilərdə arıçılığı sürətlə inkişaf etdirəcəyik - Assosiasiya sədri
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Zərdabda qadının boğularaq qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı
KOBİA 2020-ci ilin yekunlarına dair brifinq keçirib (FOTO)
Finlandiyada fövqəladə vəziyyət elan olundu
Cinayət qanunvericiliyində 30 maddənin sanksiyasına alternativ cəzalar daxil edilib - Fikrət Məmmədov
Dilçilik İnstitutu “Qaynar xətt”lə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Yeni qanunların tətbiqi ilə əlaqədar 2000-dən çox məhkum cəzadan azad edilib - Nazir
Prezident regional və beynəlxalq tərəfdaşlarımıza, eləcə də Ermənistana mühüm ismarıclar verdi - Deputat
Şəki Apellyasiya Məhkəməsinin 3 hakiminə töhmət elan edildi
AFFA 4 klubu cərimələdi
16 hakimin işinə xitam verilib, 2 məhkəmə sədri məsuliyyətə cəlb edilib
“Journal General de l'Europe”: Azərbaycanlı məcburi köçkünlər doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər
Azərbaycan və Türkiyə arasında növbəti sənədlər imzalanıb (FOTO)
ADU-da “Arzuları həyata keçirən möcüzəvi Çin fənərləri” bayramı qeyd olunub
"Barselona"nın keçmiş prezidenti saxlanıldı
Kanadada ingilis dilində Xocalı soyqırımı haqqında videomaterial təqdim olunub (FOTO)
Əsas odur ki, həqiqət bərpa olunub - Peskov Paşinyanın etirafı barədə
Minaatan batareyaları döyüş atışlı təlim məşqlərinin növbəti mərhələsini icra edib (VİDEO)
“Bazarstore”da pozuntular aşkarlanıb
Unibank daha çevik idaretmə modelinə keçib
Bakı-Quba yolunda ağır qəza - Ölən var (FOTO)
Xocalı soyqırımı ilə Sumqayıt hadisələrinin ermənilər tərəfindən eyniləşdirilməsi absurddur - Deputat
QHT-lərə Dövlət dəstəyi Şurasında yoxlamalar yekunlaşıb
İranda koronavirusdan gündəlik ölüm sayı artıb
Yelo Bankdan biznes sahiblərinə Novruz kampaniyası
Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı
Sumqayıt Texnologiyalar Parkı kadr hazırlığı məqsədilə növbəti “STP Təcrübə Proqramı - 2021”layihəsinə başlayır!
Sumqayıt hadisələrinin əsas motivi "Böyük Ermənistan" yaratmaq idi - Tarixçi alim
STAR neft emalı zavodu xam neft idxalını artırıb
Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur - Səttar Möhbalıyev
Xocalı soyqırımı XX əsrin faciəsidir - Monteneqro və Bosniya mediası (FOTO)
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı və azad olunan ərazilər barədə reportaj hazırlayıb (FOTO)
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Yaz ağac əkininə Zəngilandan start verilir
Soyqırım günahkarları mühakimə edilənə qədər xocalıların yaraları sağalmaz - Estoniyalı yazıçı
Paşinyan geri addım atdı - "İskəndər"lə bağlı səhv məlumatlandırılmışam
İlahiyyat İnstitutunun tələbələri “İntihar problemi və onunla mübarizə yolları” mövzusunda vebinarda iştirak ediblər (FOTO)
Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti qələbəsi idi - Deputat
Yerevanda bir qrup etirazçı hökumət binasına daxil oldu (VİDEO)
SWAP layihəsi çərçivəsində birinci kəşfiyyat quyusunun qazılması üçün bütün icazələr alınıb - BP
Azərbaycan region ölkələrinə sülh mesajını verdi - Səfir
Respublika Veteranlar Təşkilatında bir qrup müharibə iştirakçısı ilə görüş keçirilib (FOTO)
Bütün xəbərlər