...

Məktəblər zəruri hesab etdikləri əyani dərslərin sayını artıra bilərlər - Nazirlik

Cəmiyyət Materials 15 Fevral 2021 16:18 (UTC +04:00)
Məktəblər zəruri hesab etdikləri əyani dərslərin sayını artıra bilərlər - Nazirlik

Bakı. İlhamə İsabalayeva - Trend:

Məktəblərdə qruplar şəklində olduqda əyani dərslərin sayının artırılması imkanı var. Bu məsələyə məktəb rəhbərliyi baxır, onlar zəruri hesab etdikləri əyani dərslərin sayını artıra bilərlər.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin əməkdaşı Gülarə Xudiyeva deyib.

Onun sözlərinə görə, məktəblərə tövsiyə edilir ki, şagirdlər həftədə 2 dəfə məktəbə gedirlərsə, gün ərzində keçirilən dərslərin sayı 5 saatı aşmasın. Tövsiyələrə əsasən, həmin 2 gün ərzində 3-5 saat ən zəruri olan, şagirdlə müəllimin təması vacib bilinən fənlər məktəblərdə, qalan dərslər isə distant fomada tədris edilsin:

"Əyani formada 3-5, distant formada 5-6 saat olmaqla, şagirdlərin həftəlik dərs yükü bölünür. Məktəblərimizin bir çoxunda 5 günlük tədris həftəsi tətbiq olunurdu. Lakin indiki halda bir çox məktəblərimiz 6 günlük tədrisə keçirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti