...

Vaksindən sonra heç bir narahatlığım yaranmayıb - İsa Həbibbəyli

Cəmiyyət Materials 18 Fevral 2021 12:38 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli COVİD-19 virusuna qarşı peyvənd olunub.

Bu barədə Trend-ə İ.Həbibbəyli məlumat verib.

Akademik fevralın 16-da vaksinin birinci dozasının vurulduğunu söyləyib:

"Vaksindən sonra heç bir narahatlığım yaranmayıb. Özümü çox yaxşı hiss edirəm".

İ.Həbibbəyli AMEA-nın digər işçilərinə də vaksinasiya olunmağı tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti