...

Qanunvericiliyə əməl etməyən sahibkarlar barədə daha sərt tədbirlər görüləcək - Agentlik sədri

Cəmiyyət Materials 9 Mart 2021 16:17 (UTC +04:00)
Qanunvericiliyə əməl etməyən sahibkarlar barədə daha sərt tədbirlər görüləcək - Agentlik sədri

Bakı. İlhamə İsabalayeva - Trend:

Mədən sənayesində fəaliyyət göstərən sahibkarlardan xahiş edirəm ki, onlar öz fəaliyyətlərini dövlətin müəyyən etdiyi qanunvericiliyə uyğun qursunlar və nöqsanlara yol verməsinlər. Amma çox təəssüf ki, bu gün aparılan tədbirlərə baxmayaraq, sahibkarlar tərəfindən hələ də qanunvericiliyə əməl edilmir və qanunvericilikdən kənar fəaliyyətə yol verilir.

Trend-in məlumatına görə, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” proqramında deyib.

Onun sözlərinə görə, bununla əlaqədar agentlik tərəfindən çox ciddi addımlar atılacaq. Qanunvericliyə əməl etməyən sahibkarlar haqqında daha sərt tədbirlər görüləcək: “Bizim əsas məqsədimiz dağ-mədən sənayesi üzrə ən yaxşı təcrübəni ölkımizə gətirmək və bu məsələ ilə bağlı sahibkarlarla dialoqa girməkdir. Ona görə də bu sahədə qarşılıqlı əməkdaşlıq etmək vacibdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti