...

Fənn olimpiadasının finalına çıxan oğlanların sayı qızlardan iki dəfə çox oldu

Cəmiyyət Materials 16 Mart 2021 10:14 (UTC +04:00)
Fənn olimpiadasının finalına çıxan oğlanların sayı qızlardan iki dəfə çox oldu

Bakı. İlhamə İsabalayeva - Trend:

Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələri bəlli olub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticələrə əsasən, 589 şagird fənn olimpiadalarının final mərhələsində iştirak hüququ qazanıb.

Finalda iştirak edəcək şagirdlərin 272 nəfəri Bakının, 317 nəfəri isə bölgələrin payına düşür.

Şagirdlərin 200 nəfəri qız, 389 nəfəri isə oğlandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti