Bakı. Ceyhun Ələkbərov - Trend:
Azərbaycana gətiriləcək “Sputnik V” vaksinlər digərlərinə nisbətən daha yeni versiyadır.
Bunu Trend-in sualına cavab olaraq Səhiyyə Nazirliyinin instagram səhifəsində canlı yayımda baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, bu antivurs ilk dəfə ebolaya qarşı Rusiyada yaranıb:
““Sputnik V” vaksini verktor vaksinlərdir və bir qədər fərqli texnologiyalardan hazırlanıb. Vektor vaksinlər kifayət qədər yeni vaksindir və Rusiyada ebolaya qarşı hazılanıb. Hələlik yeni vaksinlər ölkəyə gətirilməyib”.