...

Qazilərə əlilliyin təyinatı üçün lazımı prosedurlar açıqlandı

Cəmiyyət Materials 2 Aprel 2021 12:25 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Hərbi əməliyyatlar zamanı hər hansı zədə almış, xəstəlik tapmış Qarabağ qaziləri əlilliyin təyinatı üçün ilk növbədə hərbi həkim komissiyasının şəhadətnaməsini əldə edərək səhiyyə müəssisəsinə müraciət etməlidir.

Trend-in məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov “Sosial saat”da deyib.

Onun sözlərinə görə, səhiyyə müəssisəsi dərhal "forma 88" tərtib edərək bunu elektron alt sistemə daxil etməlidir:

"Elektron sistemə daxil olduqdan sonra 3 gün ərzində vətəndaş və ya qazi təyinat alır. Burada foto, videoçəkilişlər, ümumi məlumatlar komissiya tərəfindən nəzərdən keçirilir".

Ə.Əbdül-Qədirovun sözlərinə görə, şəxsin hərbi xidmətdən tərxis olunması o, demək deyil ki, ona əlillik təyin edilməlidir:

"Bu halda şəxs hərbi sahə üçün yararlı deyil. Amma o, digər sahələrdə çalışa bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti