...

“Yaşıl Marafon” çərçivəsində Bakıda növbəti ağacəkmə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Aprel 2021 22:43 (UTC +04:00)
“Yaşıl Marafon” çərçivəsində Bakıda növbəti ağacəkmə aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində növbəti ağacəkmə aksiyaları keçirilib.

Bu barədə Trend-ə İctimai Birlikdən məlumat verilib.

Aprelin 24-də IDEA İctimai Birliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Bakının Xocasən qəsəbəsində keçirilən aksiyada İqtisadiyyat nazirliyi də iştirak edib. İqtisadiyyat naziri Mikayıl Cabbarovun qoşulduğu tədbir zamanı könüllülərlə birgə ərazinin torpaq-iqlim şəraitinə uyğun 1200 ədəd müxtəlif cinsli ağac əkilib.

“Yaşıl marafon” layihəsinin əsas məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

Ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, eyni zamanda, iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində əvəzsiz rolu olan yaşıllıqların artırılmasına xüsusi önəm verən IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkəmizin digər rayonlarında da genişmiqyaslı ağacəkmə tədbirlərini davam etdirir.

Yaz və payız ağacəkmə mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkilməsini hədəfləyən layihə tərəfdaşları hər kəsi bu faydalı təşəbbüsə dəstək olmağa və təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti