...

Ürək-damar xəstələrinin peyvənd olunması vacibdir - Baş kardioloq

Cəmiyyət Materials 4 May 2021 12:04 (UTC +04:00)
Ürək-damar xəstələrinin peyvənd olunması vacibdir - Baş kardioloq

Bakı. Samir Əli – Trend:

Ürək-damar xəstələri COVID-19 peyvəndi vurdura bilər.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş kardioloqu Yusif Nağıyev deyib.

O bildirib ki, koronavirusa qarşı peyvənd mütləq şəkildə edilməlidir: “Çünki COVID-19 ürək-damar xəstəlikləri, xroniki tənəffüs yolları xəstəlikləri, endokrin xəstəlikləri olan insanlar arasında, eləcə də yaşlı insanlar arasında ölüm hallarını artıran bir xəstəlikdir. Ürək-damar sistemi xəstəlikləri də daxil olmaqla xroniki xəstəliklərin olması, koronavirusa qarşı peyvənd üçün əks göstəriş deyil. Gənclər ilk növbədə yaşlı insanları qorumaq üçün peyvənd olunmalıdır. İnfeksiyanın daha çox yayılaraq risk qrupuna aid olan insanlara təhlükə yaratmaması üçün bu vacibdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti