...

Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi hazırlanacaq

Cəmiyyət Materials 5 May 2021 10:01 (UTC +04:00)
Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi hazırlanacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda enerji resurslarının istifadəsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanacaq.

Trend-in məlumatına görə, bununla bağlı məsələ “Enerji resurslarından istifadə haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə enerji resurslarının istifadəsi ilə əlaqədar “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilməlidir.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti