...

Müslüm Maqomayevin tuncdan heykəli bir aya hazır olacaq - Trend TV-nin REPORTAJI

Cəmiyyət Materials 17 May 2021 16:44 (UTC +04:00)
Müslüm Maqomayevin tuncdan heykəli bir aya hazır olacaq - Trend TV-nin REPORTAJI

Bakı. Ceyhun Ələkbərov - Trend:

Hazırda Müslüm Maqomayevin heykəli tuncdan hazırlanma prosesindədir, bir aya hazır olacaq.

Bunu Trend TV-yə açıqlamasında görkəmli Azərbaycan heykəltəraşı, xalq rəssamı Ömər Eldarov deyib. Onun sözlərinə görə, heykəlin tuncdan hazırlanması prosesi bir aya yaxın vaxt aparacaq.

Xalq rəssamı əlavə edib ki, Müslüm Maqomayevin heykəlinin hündürlüyü 2 metr olacaq: “Onun yerləşəcəyi yer isə Dənizkənarı Bulvardır. Biz orada elə bir fon seçmişik ki, heykəl üzü şəhərə, arxası isə Dəniz Vağzalına baxacaq. Heykəlin hündürlüyü iki metr olsa da, seçilən fon ona daha çox hündürlük verəcək, təqribən 5 metr”.

Twitter: @JeyhunAlakbar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti