Bakı. Cani Babayeva - Trend:
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti vəzifəsinə namizədlərin adları açıqlandı.
Trend-in qurumun saytına istinadən verdiyi məlumata görə, seçkilər noyabrın 6-da Türkiyənin Antalya şəhərində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 83-cü Konqresində keçiriləcək.
Beynəlxalq Gimnastika Federasiyasının prezidenti vəzifəsinə FIG-nin hazırkı prezidenti Morinari Vatanabe və Avropa Gimnastikasının (EG) prezidenti, həmyerlimiz Fərid Qayıbov namizəddirlər.