...

AYIB ilə gələcək əməkdaşlıq müzakirə olunub

Cəmiyyət Materials 23 İyun 2021 14:47 (UTC +04:00)
AYIB ilə gələcək əməkdaşlıq müzakirə olunub

Bakı. Samir Əli - Trend:

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri kimi ölkəmizdə fəaliyyət müddəti başa çatan İvana Fernandes Duartenin görüşü olub.

Trend-in məlumatına görə, nazir AYİB ilə Azərbaycan arasında əməkdaşlıq təcrübəsindən bəhs edib. O, 2019–2024-cü illəri əhatə edən Ölkə üzrə Strategiya sənədi əsasında bankla iqtisadi şaxələndirmənin təşviqi, kiçik və orta biznesin inkişafının dəstəklənməsi və s. sahələrdə əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb. Əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatları qeyd edən S.Babayev aktiv məşğulluq tədbirlərinin, o cümlədən özünüməşğulluq proqramının əhatə dairəsinin genişəndirilməsi məqsədilə görülən işlər barədə məlumat verib.

İ.F.Duartenin ölkəmizdə fəaliyyəti dövründə gördüyü işləri yüksək dəyərləndirən nazir ona gələcək fəaliyyətində də uğurlar arzulayıb.

Ölkəmizlə bağlı xoş təəssüratlara malik olduğunu deyən İ.F.Duarte AYİB-in Azərbaycanla əməkdaşlıq əlaqələrinin bundan sonra da daim genişlənəcəyinə əminliyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti