...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 1 İyul 2021 16:38 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 85889 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41826, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44063 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 597 108, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 256 816 ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 340 292 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti