...

Zəngilanda yaradılan “ağıllı kənd” 2022-ci ilin yanvarında hazır olacaq- Nazir müavini

Cəmiyyət Materials 7 İyul 2021 12:19 (UTC +04:00)
Zəngilanda yaradılan “ağıllı kənd” 2022-ci ilin yanvarında hazır olacaq- Nazir müavini

Bakı. Elçin Mehdiyev - Trend:

İşğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”lər və “ağıllı kənd”lər salınmasına start verilib.

Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının təqdimat mərasimi zamanı deyib.

Nazir müavini bildirib ki, “Gələn ilin yanvar ayında Zəngilanda yaradılan “ağıllı kənd” hazır olacaq.

"Bu ərazilərdə beynəlxalq hava limanları da tikilir. Bildiyiniz kimi, Füzulidə hava limanının tikintisi davam edir. Hava limanının bu il sentyabrın 5-də açılacağı gözlənilir”.

Xəbər lenti

Xəbər lenti