...

AAYDA vətəndaşlara müraciət edib

Cəmiyyət Materials 13 İyul 2021 13:43 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) küçə və yollarda hər-hansı problemlə bağlı vətəndaşları rəsmi e-mail ünvanına ([email protected]) və ya sosial şəbəkə hesabları vasitəsi ilə müraciət etməyə çağırır.

AAYDA-dan Trend-ə verilən məlumata görə, göndərilən müraciətə mütləq şəkildə problemi göstərən foto və ya video əlavə etmək xahiş edilir.

Qeyd olunur ki, küçə və yollarda rahat gediş-gəlişin təmin olunması istiqamətində agentliyin çevik və effektiv fəaliyyətinin təmin olunması, problemin qısa müddət ərzində həll olunması üçün şikayət və təkliflərin bilavasitə AAYDA-ya bildirmək olduqca vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti