...

Peyvəndin 3-cü dozasını kimlər vurdurmalıdır?

Cəmiyyət Materials 14 İyul 2021 10:31 (UTC +04:00)
Peyvəndin 3-cü dozasını kimlər vurdurmalıdır?

Bakı. Çingiz Səfərli - Trend:

2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur.

Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİBin yaydığı birgə məlumatda qeyd olunub. Buster qüvvətləndirici doza deməkdir.

"Tədqiqatlara görə qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul etdiyiniz 2 dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza kimi qəbul oluna bilər", - deyə məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti