...

Vətən Müharibəsi Qəhrəmanları üçün nəzərdə tutulan güzəştlər məlum olub - SİYAHI

Cəmiyyət Materials 16 İyul 2021 11:13 (UTC +04:00)

Bakı. Trend:

Nazirlər Kabineti “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslərlə bağlı Qərar qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Vətən Müharibəsi Qəhrəmanları üçün aşağıdakı güzəştlər nəzərdə tutulur:

1. Şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları aşağıdakı tədbirləri həyata keçirirlər:

1.1. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyurlar.

1.2. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları və Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar.

2. Təhsil müəssisələrində milli qəhrəmanlara, şəhidlərə, müharibə iştirakçılarına aid stendlər, guşələr, muzeylər təşkil olunacaq.

3. Məcburi köçkünlər müvəqqəti yaşayış sahəsi ilə təmin olunarkən ailənin sayı, sosial tərkibi (şəhid ailələri, başçısını itirmiş ailələr, Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xəstəsi daimi qulluq tələb edən ailələr, Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları, ailənin cinsi tərkibi, yaş fərqləri və s.) nəzərə alınacaqdır.

4. Vətən Müharibəsi Qəhrəmanları olmuş şəxslər vəfat etdikdə (həlak olduqda), onlara müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada hərbi ehtiram göstəriləcəkdir.

5. Vətən Müharibəsi Qəhrəmanları xüsusi mühafizə olunan təbiət ərazisinə giriş zamanı ödənişdən azad edilirlər.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası Azərbaycanın Vətən Müharibəsi qəhrəmanlarının imtiyazları və güzəştləri haqqında Azərbaycan Respublikası Qanununun qəbul olunmasına dair təkliflər hazırlayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti