...

Abşeronda 2 mindən çox insana Qurban payı verildi (FOTO)

Cəmiyyət Materials 22 İyul 2021 10:33 (UTC +04:00)
Abşeronda 2 mindən çox insana Qurban payı verildi (FOTO)

Bakı. Trend:

Abşeronda 2 mindən çox insana Qurban payı verilib.

Abşeron rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Qurban bayramı münasibətilə Abşeron rayonunun bütün kənd və qəsəbələrində ümumilikdə 2 mindən çox insana bayram payı verilib. Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırıqlarına uyğun olaraq Qurban payları şəhid və qazi ailələrinə, Çernobıl əlillərinə, Əfqanıstan veteranlarına, kimsəsiz və az təminatlı ailələrə təqdim edilib.

Saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə bütün ailələr təbrik edilib, onlara əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti