...

Psixoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərin sayı açıqlanıb

Cəmiyyət Materials 23 İyul 2021 10:26 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Martın 15-dən iyulun 8-nə qədər psixoloji mərkəzlər tərəfindən 1196 psixoloji xidmət göstərilib.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlər Departamentinin Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı deyib.

O bildirib ki, bunlardan 354-ü şəhid ailəsi, 486-sı hərbçilər, 156-sı terror qurbanlarıdır.

Xəbər lenti

Xəbər lenti