...

Ötən gün toylarla bağlı qaydaları pozan 84 nəfər cərimələnib, 1 nəfər həbs olunub

Cəmiyyət Materials 31 İyul 2021 10:34 (UTC +04:00)
Ötən gün toylarla bağlı qaydaları pozan 84 nəfər cərimələnib, 1 nəfər həbs olunub

Bakı. Çingiz Səfərli - Trend:

İyulun 30-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 289 toy şənliyinin monitorinqini həyata keçirib.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb. Monitorinq 225 şadlıq sarayında, 64 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 84 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən inzibati qaydada həbs edilib, 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 2461 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Xəbər lenti

Xəbər lenti