...

Pandemiya Tokio Olimpiadasında idmançılarımızın nəticələrinə mənfi təsir etdi - Deputat

Cəmiyyət Materials 9 Avqust 2021 13:34 (UTC +04:00)
Pandemiya Tokio Olimpiadasında idmançılarımızın nəticələrinə mənfi təsir etdi - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Təbii ki, Tokio Olimpiadasının nəticələri bizi qane etmədi, çünki ümidlərimiz daha böyük idi. Ancaq bir məqamı xüsusi nəzərə almaq lazımdır ki, idmançılarımızın oyunlarda arzuolunan formada çıxış etməməsinin, daha doğrusu, edə bilməməsinin səbəbi həm də pandemiya idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, məhz koronavirus probleminə görə uzun müddət idman zalları bağlı qaldı, idmançılar yaxşı məşq edə, beynəlxalq yarışlara qatıla bilmədilər:

"Bu faktor isə yekunda nəticəyə heç şübhəsiz ki, öz təsirini göstərdi. Amma əsas təsəllimiz budur ki, ən böyük qələbə Qarabağ torpaqlarında qazanılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli ordumuzun sayəsində bizə lazım olan ən mükəmməl qalibiyyəti Azərbaycan 2020-ci ildə əldə edib.

İdmançılarımız da həmin qalibiyyətə, uğura köklənməli və bundan sonra daha məsuliyyətıi olmalıdırlar. Çünki doğma Azərbaycana, onu təmsil edənlərə yalnız zəfər yaraşır!".

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti