...

Bir uşağın məktəbə getməsi neçəyə başa gəlir? - QİYMƏTLƏR

Cəmiyyət Materials 25 Avqust 2021 08:00 (UTC +04:00)
Bir uşağın məktəbə getməsi neçəyə başa gəlir? - QİYMƏTLƏR

Bakı. Çingiz Səfərli - Trend:

Növbəti tədris ilinin başlamağına az bir müddət qalıb və valideynləri düşündürən əsas məsələlərdən biri məktəb ləvazimatlarının qiymətləridir.

Trend Bakının müxtəlif yerlərində qiymətlərlə maraqlanıb. Əldə etdiyimiz məlumata görə, bir uşağa forma, çanta və ləvazimatların alınması üçün minimum 90-95 manat vəsait lazımdır.

Məktəb ləvazimatlarının qiymətini təqdim edirik:

Çantalar: 18-45 manat
Dəftər: 12 qəpik - 1 manat
Dəftər-kitab üzlükləri: 20 qəpik
Sadə qələmlər: 10-30 qəpik, daha keyfiyyətliləri 1 manata qədər
Sadə karandaşlar: 10-30 qəpik
Rəngli karandaşlar: 90 qəpik - 8 manat
Pozan: 10-50 qəpik
Qələmyonan: 15 qəpik - 1 manat 20 qəpik
Xətkeş: 10-40 qəpik
Plastilin: 1-3 manat
Pərgar dəsti: 1 - 3,6 manat
Quaş: 1-4 manat
Fırça: 30-50 qəpik
Məktəbli forması: 40 və 46 manat

Qeyd edək ki, müxtəlif siniflər üzrə ləvazimatlarla bağlı tələblər arta bilər.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti