Bakı. Çinigiz Səfərli - Trend:
12 sentyabr saat 20:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, sorğuların qəbulunun müvəqqəti dayandırılması yeni tədris ili ilə əlaqədar siniflərin komplektləşdirilməsi ilə bağlıdır.
16 sentyabr saat 20:00-dan etibarən isə portalda ümumi təhsil müəssisələri tərəfindən sorğuların təsdiqi funksiyası müvəqqəti işləməyəcək.
Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə əlavə məlumat veriləcək.
Twitter:@cingizsafarli