...

Təhsil Tələbə Kredit Fondu nazirliyin tabeliyindəki qurumların Siyahısına salınıb

Cəmiyyət Materials 13 Sentyabr 2021 19:03 (UTC +04:00)
Təhsil Tələbə Kredit Fondu nazirliyin tabeliyindəki qurumların Siyahısına salınıb

Bakı. Trend:

Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı artırılıb.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Qərara əsasən, Təhsil Nazirliyinin tabeliyində olan digər təşkilatlar bölməsinə Təhsil Tələbə Krediti Fondu əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti