...

Xüsusi məktəblərə müəllimlərin işə qəbulu üzrə müsahibə başlayır

Cəmiyyət Materials 16 Sentyabr 2021 11:37 (UTC +04:00)
Xüsusi məktəblərə müəllimlərin işə qəbulu üzrə müsahibə başlayır

Bakı. Elçin Mehdiyev - Trend:

Sentyabrın 16-dan xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müsahibələr 16-17 sentyabr tarixlərində S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında təşkil ediləcək.

Qeyd edək ki, xüsusi təhsil müəssisələrinə işə qəbul üçün müsahibələrə 80 namizəd dəvət edilib. Müsahibəyə zamanı namizədlərin biliyi və metodiki hazırlığını, sağlamlıq imkanları məhdud şagirdlərlə işləmək qabiliyyətini yoxlayan suallar təqdim olunacaq.

Müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti