...

Yelo Bank-dan Gəncə məktəblilərinə dəstək (FOTO)

Cəmiyyət Materials 24 Sentyabr 2021 15:45 (UTC +04:00)
Yelo Bank-dan Gəncə məktəblilərinə dəstək (FOTO)

Bakı. Trend:

Yelo Bank “Kəndlərdə idmanı inkişaf etdirək” proqramı çərçivəsində növbəti tədbirə dəstək olub. Layihə AFFA və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kəpəz rayonunda həyata keçirilib.

Tədbir 22 sentyabr tarixində Gəncənin Vətən müharibəsi zamanı düşmən tərəfindən raket atəşinə məruz qalmış Qələbə Parkında baş tutub. Görüşdə şəhid ailələrinin uşaqları da daxil olmaqla 100 məktəbli iştirak edib.

Tədbirdə müharibə zamanı həlak olmuş dinc sakinlərin xatirəsi yad edilib, həmçinin Gəncənin futbol ənənələri və bu cür tədbirlərin regionlarda idmanın inkişafı üçün əhəmiyyəti haqda danışılıb. Sonda isə Yelo Bank tərəfindən məktəblilərə idman geyimləri hədiyyə olunub.

Gəncə, Bankın “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə dəstək olduğu sayca üçüncü region oldu. Bundan əvvəl Cocuq Mərcanlı kəndi və Ağdaş rayonunda da tədbirlər keçirilmişdi. İlin sonunadək layihənin digər bölgələrdə də reallaşdırılması planlaşdırılıb.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram hesablarımıza yazın cavablandıraq!

Yelo Bank – Parlaq bankçılıq

Məqalədə:
Xəbər lenti

Xəbər lenti