...

Pilot layihə çərçivəsində 45 minə yaxın şagirdə məktəbli ləvazimatı verilib (FOTO)

Cəmiyyət Materials 24 Sentyabr 2021 16:51 (UTC +04:00)
Pilot layihə çərçivəsində 45 minə yaxın şagirdə məktəbli ləvazimatı verilib (FOTO)

Bakı. Humay Ağacanova - Trend:

Yeni tədris ilində ümumi təhsil müəssisələrinin I sinifləri üçün resurs dəsti paylanılıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu ildən pilot olaraq həyata keçirilən layihə çərçivəsində resurs dəstləri 27 şəhər və rayon üzrə seçilmiş məktəblərə təqdim edilib və ümumilikdə 45 minə yaxın şagirdi əhatə edir.

Dəstin paylanılmasında məqsəd siniflərin tədris materiallarına olan ehtiyaclarının təmin edilməsidir. Bu dəstlər yalnız I siniflər üçün nəzərdə tutulur və A 4, vatman kağızları, təbaşir, marker, qayçı, lövhə üçün transporter, ölçü vahidləri, həndəsə taxtası və digər lazımi vəsaitlər daxildir. Dəstə daxil olan bəzi resurslar tədris il boyu, bəziləri isə hətta 4 il müddətində istifadə oluna bilər.

Qeyd edək ki, məktəblərdə şagird və müəllimlərin lazımi tədris resursları ilə təminatı Təhsil Nazirliyinin əsas fəaliyyət istiqamətlərindəndir. Sözügedən proses növbəti illərdə də davam etdiriləcək. Layihə çərçivəsində 44 günlük Vətən müharibəsi zamanı zərər görmüş bölgələrdəki şagird və müəllimlərin tədrislə bağlı fərdi ehtiyacları xüsusi diqqətdə saxlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti