Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) dekanı, dosent Elnurə Əzizovanın elmi məqaləsi impakt faktorlu “Dinbilimleri akademik araştırma” jurnalında dərc olunub.
“XIX əsrdə Misirdə nəşr olunmuş ərəbcə bir məqtəldə Mücəddidiyyə-Xalidiyyənin təsirinə dair: “Nurul-eyn fi məşhədil-Hüseyn”in yazılma prosesi haqqında bəzi mülahizələr” mövzusunda məqalə Ondokuz Mayıs Universiteti İlahiyyat fakültəsinin “Dinbilimleri akademik araştırma” jurnalında nəşr olunub. Məqalədə Kərbəla hadisəsinin yer aldığı tarixi-ədəbi əsərlərdən olan məqtəllərin XIX əsrin sonuna aid ərəbcə bir nümunəsi olan “Nurul-eyn fi məşhədil-Hüseyn” əsəri tədqiq edilib. Məqalədə “Nurul-eyn fi məşhədil-Hüseyn”in yazılma prosesinə təsir edən məqamlara açıqlıq gətirilib və nəqşbəndiliyin Mücəddidiyyə və Xalidiyyə qollarının təsirinə dair mülahizələr irəli sürülüb.
Sosial elmlərə dair məqalələrin dərc olunduğu “Dinbilimleri akademik araştırma” jurnalı “Web of science” beynəlxalq bazasında referatlaşdırılıb. Qeyd edək ki, bu məqalə dosent E. Əzizovanın Azərbaycan İlahiyyat İnstitutundakı fəaliyyəti müddətində “Web of science” beynəlxalq bazalarında referatlaşdırılan jurnallarda dərc olunmuş beşinci məqaləsidir. Məqalə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür.