...

Əksər çaylarda suyun səviyyəsi artıb (SİYAHI)

Cəmiyyət Materials 9 Oktyabr 2021 10:23 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Respublika çaylarında və tranzit çaylarda mövcud vəziyyət açıqlanıb.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, oktyabrın 9-da Lənkəran-Astara bölgəsindən axan Təngərüdçay-Vaqo məntəqəsində suyun səviyyəsi 20 sm artıb, Viləşçay-Şıxlar məntəqəsində suyun səviyyəsi 13 sm, Lənkərançay-Sifidorda 7 sm, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində 4 sm və Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlarda 5 sm, Gəncəçay-Zurnabadda 1 sm azalıb, Kürəkçay-Çaykənd məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 288 m3/s qeydə alınır ki, bu da ongünlük normanın 178 %-ni təşkil edir. 2020-ci ilin müvafiq dövründə bu rəqəm 110 m3/s olmaqla, ongünlük normanın 68 %-ni təşkil edib.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 20 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 296 m3/s qeydə alınır ki, bu da ongünlük normanın 310 %-ni təşkil edir. 2020-ci ilin müvafiq dövründə bu rəqəm 38,0 m3/s olmaqla, ongünlük normanın 40 %-ni təşkil edib.

Kür-Surra məntəqəsində suyun səviyyəsi 1 sm artıb və səviyyə 345 sm olub, su sərfi isə 106 m3/san (2020-ci ildə səviyyə 262 sm su sərfi isə 105 m3/san təşkil edib), Kür-Şirvanda suyun səviyyəsi 2 sm artaraq 151 sm olub (2020-ci ildə səviyyə 115 sm təşkil edib), Kür-Bankədə suyun səviyyəsi 4 sm azalaraq və səviyyə 117 sm olmuş (2020-ci ildə 125 sm təşkil edib).Araz-Novruzluda isə suyun səviyyəsi dəyişməyib və səviyyə 106 sm olmuub (2020-ci ildə səviyyə 92 sm təşkil edib).

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti